|
Sayt
haqqında
«Caucasus
Media Investigation Center»
təşkilatınlın saytı 2005-cü ilin
iyununda Azərbaycan və Gürcüstan
jurnalistlərinin səyi ilə Qafqazda media
tədqiqatlarınln inkişafına kömək məqsədilə yaradılıb. Layihənin maliyyələşdirilməsi
və inkişaf etdirilməsi üçün bir çox beynəlxalq
fond və təşkilatlarla danışıqlar aparılır.
Həm
jurnalistlər
həm də Qafqazda problemlərin araşdırılmasında
maraqlı olan hər bir şəxs üçün nəzərdə
tutulmuş
«Caucasus Media Investigation Center» saytı başlıca məqsəd və
vəzifələri olaraq aşağıdakıları
müəyyənləşdirir:
-
Regionda ciddi problemlərin araşdırılması;
- İnsan ticarəti, narkotik
vasitələrin dövriyyəsi,
korrupsiya hallarının araşdırılması və araşdırma
jurnalistikasının digər tərəflərinə
jurnalistlərin diqqətini cəlb etmək üçün region
jurnalistləri arasında məqalə müsabiqələri
təşkil etmək;
- Hadisələrin
qərəzsiz şərhi üçün xarici
ekspertlərdən rəy
və müsahibələr almaq;
- Müxtəlif
problemlər ətrafında interaktiv müzakirələr
keçirmək; müxtəlif ölkələri təmsil edən
jurnalistlərin birgə media tədqiqatları
aparmasına yardım göstərmək;
-
Müxtəlif mövzular üzrə müntəzəm olaraq elan
olunmuş müsabiqələrdə ən yaxşı jurnalist
yazılarını mükafatlandırmaq;
Saytın Azərbaycan, İngilis və rus
dillərində yerləşdirilməsi
nəzərdə tutulur.
«Caucasus
Media Investigation Center» təşkilatının saytına
İstinad etməklə istənilən
jurnalistin, yaxud KİV-in web səhifədəki
materiallardan istifadə etmək hüququ var.
Təşkilatın
rəhbəri: Anar
Orucov Ünvan: N. Nərimanov Pr.
57/24, mənzil 36. Bakı AZ 1006, Azərbaycan.
Tel.
+ 994 50 319 20 79
|