HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                      

Caucasus journalists are join their efforts against human traffic

 

Zahir Amanov

To Iran – to collective oral sex...

 


 

Articles
 

 By Anar Orujov

Türkiyədə Azərbaycan qızları

 Son illər Azərbaycan qızlarının qonşu dövlətlərə aparılması məsələsi və seksual məqsədlərlə istismara məruz qalması heç kimə sirr deyil. Problem öz aktuallığına və miqyasına görə respublikamızın üzləşdiyi ən ciddi bəlalardan biri olaraq dəyərdəndirilir. Xatırladaq ki, beynəlxalq terminologiyada «Human Traffik» kimi qəbul edilən «İnsan ticarəti» insanların – xüsusilə qadınların, uşaqların və bəzi hallarda kişilərin oğurlanaraq və ya aldadılaraq öz iradəsinə zidd olaraq müxtəlif zorakılıq və istismara məruz qalması əksər hallarda isə seksual istismara məruz qoyulmasıdır. 

Türkiyədə qadın ticarəti...

Məsələnin təhlükəliliyinin miqyasını təsəvvür etmək üçün Beynəlxalq Miqrasiya Təşkilatının (İnternational Orqanization of Niqration) (İOM) Türkiyədə apardığı araşdırmaların Azərbaycanla bağlı məqamlarına diqqət ayırmaq vacibdir. İOM – un hesabatında qeyd olunur ki, Türkiyədə qadın biznesi və seks ticarəti keçmiş sovet respublikalarından insan ticarətinə çoxsaylı qadınların cəlb edilməsi ucbatından günbəgün artmaqdadır. İOM-un hazırladığı sənəddə hazırda qadınların hansı yollarla istismar olunduğu və ticarətin mexanizmi barədə məlumat öz əksini tapır. Qurumun internet adresində dünyanın hər yerindən əldə olunmuş məlumatları ümumiləşdirən ekspertlər qadın biznesi ilə məşğul olan lakin adı açıqlanmayan 53 yaşlı traffikyorun sözlərini sitat gətirərək yazır:  ...

...................................................................................................................................

Dünyanı silkələyən cinayət
Avropa insan alverinə qarşı səylərini artırır


Polşanın paytaxtı Varşava şəhərindəki dəbdəbəli otellərdən birində 2002-ci il hərrac keçirilirdi. Bu auksionu digər bu tipli tədbirlərdən yalnız bir amil fərqləndirirdi. Şərqi Avropanın ən inkişaf etmiş dövlətlərindən biri olan Polşanın başkəndində sərgilənən auksionda hərraca çıxarılın hər hansı əşya deyildi, canlı insan idi.

Media insan alverinə qarşı

Həmin auksion barədə xəbər tutmuş yerli «La Strada» qadın alverinə qarşı qeyri-hökumət təşkilatının hesabatına əsasən hərracda nümayiş etdirilən qadınlıran birinə müştərilərdən biri 350 min dollar ödəməklə satın almışdı.

Son illər qlobal miqyasda insan alverçiliyi dünya dövlətlərini daha çox narahat edən məsələlərdən birinə çevrilib. Bu problemin mətbuatda işıqlandırılması və insan qaçaqçılığına qarşı səylərin artırılması məqsədilə Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Jurnalistika Mərkəzinin təşkil etdiyi seminar-treninq keçirildi. Seminarda Azərbaycan və Gürcüstandan birlikdə 24 jurnalist iştirak edirdi. Seminar-treninqlər ərzində keçmiş sosialist məkanında kommunizmin iflasa uğramasından sonra yaranmış yeni müstəqil dövlətlərin üzləşdikləri ən ciddi problemlərdən biri kimi insan alveri məsələsi barədə müzakirələr aparıldı. Beynəlxalq insan ticarətini araşdıran təşkilatların məlumatına əsasən hazırda insan ticarəti silah və narkotik vasitələr ticarətini qabaqlayaraq dünyanın ən gəlirli qara biznes sahəsinə çevrilib. Bu problemin təkcə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövlətlərində deyil, Qərbi Avropa və Amerikada da çox geniş yayılması barədə faktlar mövcuddur. ...
 

...................................................................................................................................

Dubay sərgüzəştləri

Ay ərzində 1500-dən çox azərbaycanlı BƏƏ-yə səfər edir


Azərbaycanda insan ticarəti məsələsindən danışarkən yada düşən ilk adlardan biri, məhz Birləşmiş Ərəb Əmirlikləri və onun paytaxtı Dubay şəhəridir. Təsadüfi deyil ki, azərbaycanlı miqrantlar bəzi digər ölkələrlə müqayisədə Birləşmiş Ərəb Əmirliklərinə daha tez-tez üz tuturlar. Məsələn, araşdırmalara görə bir ay ərzində orta hesabla 1500-1900 Azərbaycan vətəndaşı Bakıdan Dubaya turist kimi səyahət edir. Onların əksər hissəsi fahişəliklə məşğul olanlar və onlara himayədarlıq edən şəxslərdir. Miqrantlara Hüquqi Yardım mərkəzindən əldə etdiyimiz məlumatlara görə, Bakıdan Dubaya gedənlərin 25 faizini məhz fahişələr təşkil edir. Səyahətçilərin 10 faizə qədəri isə onların himayədarlarından ibarətdir. Ümumiyyətlə, statistikaya əsasən Azərbaycanda son 15 ildə Rusiya, Türkiyə, İran, Qərbi Avropa ölkələri, eləcə də Kanada və ABŞ-a gedənlərin sayı artmışdır.

Və hazırda da göstərilən istiqamətlərdə ölkədən miqrasiya edənlərin sayı artmaqda davam edir. Araşdırmalara görə Rusiya, Türkiyə və Qərbi Avropa ölkələrinə miqrasiya edənlərin böyük hissəsi kişilərdən ibarətdir. Belə insanların orta yaş həddi 18-35 yaş arası olur. Ekspertlərin rəyinə görə, ölkəni son illər ərzində tərk edənlərin daha çox kişilər olması, Azərbaycanda demoqrafik vəziyyəti olduqca gərginləşdirir. Məsələ burasındadır ki, kişilərin və xüsusilə gənc nəslin nümayəndələrinin ölkəni böyük sayda tərk etməsi həmin yaşda olan gənc qızların ərə getmək nisbətini aşağı salır.

Yaranmış demoqrafik problemdən yararlanmağa çalışan insan ovçuları isə vəziyyətdən bir çox hallarda məharətlə istifadə etməyi bacarır. Buna görə də qadınların fahişəliyə cəlb olunması, uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə olunmasına cəhd göstərilməsi və əməyin istismar edimləsi, qadın və uşaqların xarici ölkələrə aparılması və satılması ölkədə geniş miqyasda tüğyan edir. Problemin bu səviyyədə yayılması bir çox qeyd edilən səbəblərlə bağlıdır. İqtisadi göstəricilərin ölkədə xeyli aşağı olması, işsizliyin kütləvi şəkil alması da Azərbaycan kişisi ilə yanaşı qadınların da xaricə üz tutmasına səbəb olur.

Kişilər Rusiyaya və Türkiyəyə, qadınlar Dubaya…
...
 

...................................................................................................................................

304 milyard dollarlıq ticarət

Türkiyədə azərbaycanlılar da daxil 100 minədək qadın fahişəliklə məşğuldur
 

Türkiyədə 100 min nəfərədək qadın hazırda fahişəliklə məşğuldur. Ölkədə hər 350 qadından biri fahişəlik və cinsi istismar təhlükəsi qarşısındadır.

Fahişəlik biznesi bu işlə məşğul olanlara ildə orta hesabla 304 milyard dollar gəlir gətirir. Anadoluda fahişəlik yapanların arasında Ukrayna, Moldova, Belarus və Gürcüstandan olanlarla yanaşı, Azərbaycan qadınları da nəzərə çarpacaq üstünlük təşkil edir. Fahişəlik edən qadınların arasında hətta ali təhsilli həkimlərə, hüquqşünaslara, mühəndislərə rast gəlinir.

Bu, Ankara Ticarət Palatasının Türkiyədə qadın ticarəti ilə bağlı apardığı tədqiqatların nəticəsində əldə olunmuş məlumatlardır.

Azərbaycan qadınlarının Türkiyədə geniş miqyasda fahişəliklə məğul olması barədə artıq dəfələrlə həm Türkiyə mətbuatında, həm də Azərbaycan mətbuatında materiallar dərc olunub. Avropa Parlamentin Qadın Haqları Komissiyasının «Cənub-şərqi Avropada qadın» adlı raportunda Türkiyədə insan ticarətinin vəziyyəti təhlil edilərək, qadın ticarətinin, xüsusilə daha geniş yayılmış «seks ticarəti»nin qardaş dövlətdə açıq şəkildə həyata keçirilməsi ilə bağlı məlumat verilir. Hətta İstanbulda və Türkiyənin digər əyalətlərində polisin bu işlə nəinki bağlılığı, insan ticarətində və qadın oğurluğunda iştirak etməsini sübuta yetirən faktlar mövcuddur. Yuxarıda adı çəkilən raportda göstərildiyinə görə, Turkiyədə siyasətlə məşğul olan Gülbahar Gündüz adlı qadın İstanbulda yerli polislər tərəfindən qaçırılaraq cinsi təcavüzə və işgəncələrə məruz qalıb. Həmçinin digər dövlətlərdən fərqli olaraq Türkiyədə qadın ticarətinin daha açıq şəkildə həyata keçirilməsini müşahidə edən məruzə müəllifləri vəziyyəti belə şərh edirlər: «Türkiyədə qadın və uşaq ticarəti, fahişəlik çox geniş miqyasda yayılıb. Bosniya və Hersoqovoniyada qadınlar gizli bir bazar çərçivəsində Serbiyada sərhəd bölgələrində saıldığı halda, İstanbulda bu iş açıq şəkildə həyata keçirilir. ...

 

 

Khadija Ismayilova

Love in slavery...

Anar Orujov

Human Hunters

Azerbaijani slaves of XXI century...
Other articles by Anar Orujov about trafficking... (only in Azeri)                    

Arzu Soltan

Walls Built of Human Sculls...

A victim coming by her own feet...

Farman Nabiyev

Flowers in the Mud...

«I have been working for others for 3 years...»...

Parvana Sultanova

Human traffic turns into the disaster of the XXI century...

Zulphugar Kheyirxabar

Human trade in Nakhichevan...

Religion education,or

Gulnaz Guliyeva

Those who are sinless...

Muslim marriage...

Shahin Abasov

Oh, Sweet     Life!...

 
 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us