HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                             

Latest investigations

 

INVESTIGATIONS
...................................

The Number of Women Taken Abroad for Prostitution is Increasing
                                     By Fatime M.
...........................................................
"Worker" Children...
How do They Exploit Their Labor?

                                      By Fatime M.
..........................................................
Trade with Narcotics is Under the Control of Big Interests
                 By Ruhiyye Dashlsalahli
...........................................................
Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan
                         By Rasim Bayramov
...........................................................
Hepatitis Has Spread all Over Azerbaijan
                                      By Mirze Ag
...........................................................
Who is Behind Child Trafficking in “Bakzdrav”?
                                      By Mirze Ag
...........................................................
Russian and US Special Services Arrest International Child Traffickers
                                           Pravda.Ru
...........................................................
Young Women Have no Notion of Sexual Risks that Jobs Abroad Pose
                                 Dmitry Latypov
...........................................................
Trade with Body
              By
Zulphugar Kheyirxabar
...........................................................
Made in Azerbaijan
         
By Zulphugar Kheyirxabar
...........................................................
The Business of Human Trafficking and Involving in Prostitution Lead to Human Organs Transplantation
                               By  F. Memmedli
...........................................................

 

The Number of Women Taken Abroad for Prostitution is Increasing

(Because of financial lack for translation, there is no English version of the text)

Azərbaycandan aparılaraq fahişəliyə cəlb edilənlərin sayı sürətlə artmaqdadır

Qadınların xaricə cinsi istismar məqsədilə daşınmasına hüquq-mühafizə orqanları biganədirlər


FATİMƏ M.


Bir neçə ay bundan əvvəl Miqrantlara Hüquqi Yardım Mərkəzi tərəfindən qadın alveri ilə bağlı aparılan tədqiqat başa çatıb. Tədqiqat nəticəsində insan alverinin qurbanı olan 96 nəfər şəxs barədə məlumat əldə edilib. Həmin qurbanların 52 nəfəri Azərbaycan Respublikası vətəndaşı, qalanları isə Özbəkistan, Rusiya, Moldova, Belarus, Ukrayna və Gürcüstan Respublikası vətəndaşlarıdır. Tədqiqat nəticəsində məlum olub ki, onlar 2001-2003-cü illər ərzində Azərbaycandan xaricə və ya xarici ölkələrdən Azərbaycana gətirilərək insan alverinin qurbanı olublar. Qeyd edək ki, bu qurbanlar əsasən 1961-1987-ci il təvəllüdlü şəxslərdir. Müəyyən edilib ki, Azərbaycandan aparılan qurbanların əksəriyyətinin təyinat ölkəsi Birləşmiş Ərəb Əmirlikləri və Pakistandır. Azərbaycana gətirilən qurbanların isə əksəriyyətinin mənşə ölkəsi Özbəkistan və Rusiya Federasiyasıdır. Araşdırılan hadisələrin mənbəyinə əsasən trafikörlər (vasitəçilər) əsasən milliyyətcə azərbaycanlı olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bəzi hadisələrdə isə trafikörlər Özbəkistan, Türkiyə və Qırğızıstan vətəndaşlığına mənsub olan şəxslər də olub. Müəyyən edilən qurbanlar xaricdə işə düzəldiləcəkləri adı ilə orada fahişəliklə məşğul olmağa ya pul qazanma təklifi, ya şantajla cəlb ediliblər.


"Boss"lar qızların valideyni rolunda çıxış edirlər


1992-ci ildən - Azərbaycan müstəqil bir ölkə olduqdan sonra xarici ölkələrlə əlaqələr güclənməyə başladı. Həmçinin bizim ölkə ilə digər ölkələr arasında turizm əlaqələri də genişləndirildi. Xarici ölkələrdən respublikamıza Şərqdən və Qərbdən turist axını başlandı və bizim turistlər də xaricə səfər etməyə başladılar. Bir müddətdən sonra bəzi xarici ölkələrdə "bazar" öyrənildikdən sonra müəyyən olundu ki, daha sərfəli bizneslə məşğul olmaq imkanları var. Əsas təyinat ölkələri olan Pakistan, BƏƏ (Dubay), Türkiyə və digər ölkələrə "yeni turist" axını başlandı. Əvvəlcə həmin ölkələrdə davranmaq asan olduğundan qadınlar və qızlar özləri gedərək, imkan düşdükdə "yeni biznes"lə də məşğul olurdular. Vaxt keçdikcə, keçmiş Sovet İttifaqı respublikalarından olan qadın axını çox geniş vüsət aldığına və qeyd olunan ölkələr İslam respublikaları olduğuna görə gediş-gəliş bir qədər çətinləşdi. Yəni viza almaq, müştəri tapmaq (bəzən müştəri normal geyimdə olan polis nəfəri də ola bilərdi, bu da həmin qadın üçün çox böyük problemə səbəb olurdu. Yəni onlar avtomatik olaraq həmin ölkələrdən deportasiyaya-ölkədən məcburi qaydada çıxarılmaya məruz qalırdılar, hətta birinci reyslə tanımadığı bir ölkəyə də göndərilə bilərdilər - Qazaxıstan, Qırğızıstan və s.) sərhədləri maneəsiz keçmək, həmin ölkələrin mehmanxanalarında yerləşmək, viza müddətini uzatmaq, aidiyyəti orqanlarla yaxşı əlaqələr qurmaq və s. bu kimi işlərin öhdəsindən gəlmək lazım idi. Buna görə də qadınların bir qismi "boss" rolunda oynayıb, bu ölkələrə qızları öz hesabına aparırdılar. Hətta 18 yaşına çatmamış qızları öz pasportu vasitəsilə həmin qızın "valideyni" kimi aparırdılar. Qeyd edək ki, bu variant daha sərfəli idi. Belə ki, viza işi bir qədər asanlaşırdı. Bu dəfə orada onları müxtəlif kişilərə satmağa başladılar. Həmin qızlar və qadınlar isə öz ölkələrinə çox böyük çətinliklə qayıda bilirdilər.

Hindistanda "işləyən" Azərbaycan qadınlarının sayı artmaqdadır

MHYM-in apardığı monitorinq nəticəsində məlum olub ki,
insanların Hindistana cinsi istismar məqsədilə daşınması hələ ki Azərbaycan hüquq - mühafizə orqanlarının diqqət mərkəzində deyil. MHYM bu məqsədlə artıq ilkin tədqiqata başlayıb. Qurum Hindistanın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşlər keçirib və Azərbaycanda yaşayan Hindistan vətəndaşları arasında sorğular aparılıb. Səfirliyin əməkdaşları ilə görüş zamanı bildiriblər ki, Hindistanın Azərbaycandakı konsulluğuna hər ay təxminən 80-90 nəfər viza üçün müraciət edir və onlardan da 40-60 nəfərinə viza verilir ki, bunların da əksəriyyətini qadınlar təşkil edir. Şifahi sorğuda iştirak edənlər bildiriblər ki, Hindistanın Bombey və Dehli şəhərlərinin böyk hotel, restoran və barlarında azərbaycanlı qadınlar "işləyir". Yəni Azərbaycandan aparılaraq fahişəliyə cəlb edilənlərin sayı sürətlə artmaqdadır.

Hər bir bossun ən azı 4-5 qızı olur

Yuxarıda qeyd etdiyimiz kimi, qadınların ən çox axın etdiyi ölkələr müsəlman ölkələridir. MHYM-in araşdırmaları nəticəsində məlum olub ki, bu sırada Pakistan mühüm yerlərdən birini tutur. Belə ki, qızlar və qadınlar "boss" adlandırılan qadınlar (trafikörlər) vasitəsilə bu ölkəyə daşınırlar. Onlar Sumqayıtdan, Bakıdan, Azərbaycanın digər yerlərindən qızları tapıb, onları aldadıb oraya aparır, yaxud valideynlərindən onları pulla və ya cəlbedici vədlərlə alıb, bütün sənədlərini düzəldir (həqiqi, yaxud saxta), özləri ilə yuxarıda qeyd olunan ölkələrə aparırlar. Hər bir "boss"un ən azı 4-5 qızı olur. Boslar qızlarla istədikləri kimi rəftar edib, onları məcburən (fiziki vəziyyəti nəzərə almadan) gün ərzində ağılasığmaz sayda müştəriyə qulluq etməyə məcbur edirlər. MHYM-in araşdırmaları zamanı bu bosslar arasında vaxtilə özü də satılan bir nəfərin olması aşkar olunub. O, öz bossu üçün özünü satmaqdan əlavə rəqqasəlik də edirmiş. Bir neçə vaxtdan sonra özü də boss olmaq arzusuna düşür. Bossundan ayrılıb özü ilə iki qız götürür. Sumqayıtdan olan şəriki ilə həmin qızları Pakistana aparırlar. Onlar qızlara əzab verməkdən əlavə, hətta yemək belə vermək istəmirdilər. Səhər, günorta, axşam qızların yedikləri ancaq yağ-çörək olub. Hərdən isə müştəriyə xidmət etməzdən əvvəl əgər süfrə başına qonaq olmağa vaxt olurdusa, onda qızlar acgözlüklə bir qədər yemək yeyə bilirdilər. Qızların vizalarının müddəti bitir və bir neçə gün boss üçün vizasız qulluq etdikdən sonra bosslar ölkədə vəziyyətin çox gərginləşdiyini görüb, qızlara heç olmasa bir neçə günlük mehmanxana pullarını belə ödəmədən onları yad bir ölkədə atıb Bakıya qayıdırlar. Qızlar qorxa-qorxa bir neçə gün tanıdıqları "normal" müştəriyə zəng vurub onlarla görüşüb dərdlərini danışırlar və bir neçə gün ərzində bir qədər yolpulu toplayıb öz ayaqları ilə bəzi tanışlarının köməkliyi ilə özlərini immiqrasiya işçilərinə təhvil verib Bakıya yollanırlar.

Bir qızın qulağı kəsilmişdi

Hazırda Pakıstanda 500-ə yaxın azərbaycanlı qız kölə vəziyyətində yaşayır. Ölkədə tez-tez reydlər keçirildiyindən onlar bir şəhərdən digər şəhərə üz tuturlar. Bu barədə bossları elə Pakistan vətəndaşı olan kişilər məlumatlandırıb, müəyyən mehmanxanalarla danışıb onları yerləşdirirlər. Kəraçi, İslamabad, Pişəvar, Lahor belə işlərlə məşğul olmaq üçün əlverişli şəraiti olan, yəni imkanlı müştəriləri olan şəhərlərdir. Əgər bir müddət mehmanxanalar ciddi nəzarətdə olurdularsa, onda bosslar pakistanlı şəxslərin köməyi ilə kirayə ev tutub qızları oraya yığırdılar. Gün ərzində hər bir qız 500-600 ABŞ dolları qazanır və hamısı da kobud rəftara məruz qalırlar. Əgər onlar qayıtmaq istəyirlərsə, boss onların ona hələ də borcu olduğunu bildirir. Qızlar əsasən Pişəvardan gələn müştəriyə satılırlar. Onlar da ən kobud müştəri sayılırlar. Hətta bir dəfə bir qızın qulağı da kəsilibmiş. Düzdür, bossların qazancına söz ola bilməz. Lakin qızlar eşidəndə ki, müştəri Pişəvardandır, onlar həmin günün qurtarmasını saniyələrlə sayırdılar. Belə ki, kobud rəftarla yanaşı, həmin şəxslər narkotik maddələrdən, silahdan, bıçaqdan və digər bu kimi vasitələrdən istifadə edirlər.

Dubayda 1000 nəfərdən çox qadın insan alverinin qurbanıdır


MHYM-in tədqiqatı nəticəsində o da məlum olub ki, qurbanlardan 28 nəfəri BƏƏ-yə aparılaraq təcavüzə məruz qalıblar. Onlardan 26 nəfəri təyyarə ilə birbaşa BƏƏ-yə, 2 nəfəri Türkiyəyə, oradan da BƏƏ-yə aparılıb. Qurbanlar 16-30 yaşı arasında olan insanlardır. Tədqiqat zamanı müxtəlif mənbələrdən əldə edilən məlumata əsasən, BƏƏ-də hal-hazırda 1000 nəfərdən çox qadın insan alverinin qurbanı olaraq cinsi zorakılığa məruz qalır. BƏƏ-də insan alverinin mərkəzi Dubay şəhəridir. Qurbanların seksual istismarı əsasən burada həyata keçirilir. Qurbanların bildirdiklərinə görə, onlar əsasən Azərbaycandan olan trafikörlər və onlarla əlbir olan Yaxın Şərq ölkələri vətəndaşları tərəfindən aldadılaraq aparılıblar. Trafikörlər onları BƏƏ-də bar, restoranlar və digər yerlərdə yüksək məvacibli işə düzəldəcəklərinə söz verərək aldatmış və onları fahişəliyə cəlb etmişlər. Sonra isə qurbanları şantaj etməklə onları bu işi davam etməyə məcbur etmişlər. Təyinat ölkəsinə çatdıqdan sonra isə bu qadınlar seksual istismarın qurbanı olmuş, onların bu yola əldə etdikləri pullar trafikör tərəfindən alınmış, özləri isə çox pis şəraitdə saxlanmışlar. MHYM-in sorğulardan və məhkəmə hökümlərindən əldə etdiyi məlumatlara görə, müəyyən hallarda qurbanlar trafikörlərdən gizli olaraq BƏƏ-dən qaçmağa cəhd göstərmiş və buna nail olmuşlar.


Qurbanlar arasında 2 nəfər yetkinlik yaşına çatmayan şəxs olub

MHYM tərəfindən aparılan tədqiqat zamanı müəyyən edilib ki, Azərbaycana gətirilən və insan alverinin qurbanı olan, Azərbaycanda əxlaqsızlıqla məşğul olan əcnəbilərin bir qrupunu Özbəkistan vətəndaşları təşkil edir. Aparılmış tədqiqat zamanı müəyyən olunub ki, özbəkistanlı qurbanların fahişəliyə cəlb edilməsi və sonradan satılması üçün vəziyyətlərinin (maddi və onunla bağlı digər vəziyyətin) zəifliyindən sui-istifadə amilindən onlara təsir vasitəsi kimi istifadə edilib. Aşağıda göstərilən hadisədə bildirilir ki, qurbanların maddi vəziyyətinin aşağı olmasından sui-istifadə edərək Özbəkistana Bakıdan gəlmiş trafikör onlara Bakıda fahişəliklə məşğul olmağı və bunun müqabilində onların hər birinə ayda 200-250 ABŞ dolları verəcəyini təklif etmiş, eyni zamanda yemək və kiaryə pullarının da ödənəcəyini öhdəsinə götürmüşdür. Lakin Bakı şəhərinə gəldikdən sonra onların köməksiz vəziyyətindən istifadə edərək sənədlərini almış, bəzilərini saxta sənədlərlə təmin etmişdir. Qurbanlardan bəziləri saxta sənədlərlə təmin edildikdən sonra onlara qarşı şantajla asılı vəziyyətdə saxlama üsullarından da istifadə edilib. Bundan başqa, kirayə və yemək pulları da həmin 200-250 ABŞ dollarından çıxılıb. Beləliklə, bu şəxslər aldadılaraq satılmış və cinsi istismara məruz qalmışlar. Onu da qeyd etmək lazımdır ki, Özbəkistandan Azərbaycana gətirilən qurbanlar arasında iki nəfər yetkinlik yaşına çatmamış şəxs olub.
 

Yazı "Paytaxt Sabah" qəzetində dekabr 2005-ci ildə dərc olunub

 

 

 
 
 
 
 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us