|
Made in Azerbaijan
(Because of financial lack for translation, there is
no English version of the text)
By Zulphugar Kheyirxabar
Qədimdə istər Qərbdə, istərsə də Şərqdə uşaqlar
valideynlərinin mülkiyyəti hesab olunurdu. Onların
bütün ixtiyarları və səlahiyyətləri validenlərə
məxsu idi. İstəsydilər döyərdilər, söyərdilər,
satardılar, hətta iradəsinə qarşı çıxanları
öldürərdilər də. Və yaxud da diri-diri torpağa
gömərdilər. Amma zaman keçdikcə bu amillərin
gələcəyə törədəcəyi problemləri dərk edən aqillər
törələri dəyişməyə cəhd etdilər. 7-ci əsrdə
Ərəbistan yarmsadasında zühur edən İslam dini yeni
doğluan qız uşaqlarının diri-diri basdırılmasını
qadağan etdi. 14-15-ci əsrlərdə Qərbdə uşaqlarla
bağlı yeni-yeni layihələr hzırlandı. 4 əsr sonra isə
burjaziyanın insanlara yaratdığı maddi imkanlar
ailələrdə uşaqlar barədə təsvvürləri dyişdirdi.
Uşaqları məsum və müqəddəs varlıqlar kimi qəbul
etməyə başladılar. Amma sənayeləşmənin inkişafı uşaq
əməyinin və uşaqların iqtisadi istismarı ilə
nəticələndi. 19-cu əsrdə İngiltərədə Çarlız
Dikkensin uşaq əməyinin istismrına qarşı apardığı
mübarizə Britanyia Parlamentində uşaqlara aqarşı
qəddarlığın qarşısının alınması və onların daha
yaxşı müdaifiəsi naminə qanunun qəbul olunması ilə
nəticələnsə də, quldarlıq dövrünün ənənələrini
birdəfəlik məhv etmək mümkün olmadı. Birləşmiş
Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİSEF)
tədqiqatlarına görə, məsum və müqqədəs sayılan
uşaqların alınıb-satılması, onların əməyin müxtəlif
ağır növlərində məcbur çalışdırılmasının nəinki
qarşısı alınıb, əksinə uşaqların qeyri-qanuni xarici
ölkyə aparılması və satışı ildən ilə çiçəklənir. Hər
il dünyad 1,2 milyon uşaq satılmaq və qul kimi
işqlədilmək məqsədilə qanunsz olaraq yaşadıqları
ölkələri tərk edir bu və ya digər ölkələrə apırılır.
Eyni zamanda uşaqları dilənçmiliyə və xırda
cinaətlərə, cibgirliyə məcbur edirlər. Bu dəhşətli
ticarətin əsas bazarı Avropa, mənbə isə Qərbi Avropa
və Şimali Afrika ölkələridir. ATƏT-in hesabıtna görə,
heç öir dövlət bu problmdən sığortalanmaıb.
Uşaq
alverinin 1/3 hissəsi Cənub Qərbi Asiya ölkələrinin
payına düşür. Son üç ildə Tailanda uşaq fahişəlyi 20
faiz artıb. Çindən 250 min uşaq ikinci dəfə satılıb.
Veytanm isə daha çox 15 yaşına qədər qız uşaqlarının
satışı üzrə ixtisaslaşıb.
Azərbaycan isə əsasən xaricə «övlad» ixracı ilə
məşğuldur. Tədqiqatçıların fikirncə, Azərbaycanda
uşaq alveri məhz bu ad altında apırılır. Respublika
Uşaq Fondunun sədri və YAP-çı millət vəkili Gülər
Əhmədovanın araşdırmalarına görə, rəsmi rəqəmlərə
görü 2000-ci ildən bu yana 200-dən artıq uşaq
əcnəbilərə «övladlığa» verilib. Amma Respublika
Prokurorluğunun uşaq alveri ilə bağlı davam
etdirdiyi istintaq zamanı bu rəqəmin 500-ə yaxın
olduğu məlum olub.
Sifarişlə
doğulanlar
İndiyə
kimi Azərbaycan uşaqlarının əcnəbilərə 15-20 min ABŞ
dollarına satılmas haqında rəqəmlər səslənsə də, «Fidan»
Uşaq və Yeniyetmələrin Hüquqlarının Müdafisi İctimai
Birlyinin sədri Gülnarə Abdullayevanın HESABATa
açıqladığı rəqəmlər bundan 10 qat yüksəkdir. 120-150
min ABŞ dolları. Azərbaycan vətandaşlarına isə 10
min dollardır. Amma Rusiyadan Azərbaycana uşaq
gətrilirsə, qiymət 25 min dollara qalxır. Onun
sözlərinə görə, xaricə övladlığa verilən uşaqlrın
əksəriyyəti 2-8 yaş arası oğlan uşaqlarıdır.
Azərbaycanın daxilində isə «bazara» çıxarılan
uşaqlar 2 yaşına qədər olur. Bundan başqa sifarişli
doğuşlar istisna olunmur. Gülnarə xanımın
dediklərinə görə, bu əsasən Azərbaysanın Şimalında
daha geniş yayılıb. Rusiya ilə həmsərhəd olan
kəndlərdə uşaqlar dünyaya gəlməmiş sənədləri
hazırlnır və qundaqdaca Rusiya vasitəsilə Avropaya
ötürülür. Həmin qadının hamiləlik dövrü xüssi
nəzrətdə saxlnılır. Hətta qadının hamilə olduğu
yaxın qonşulardan da gizli saxlanılır. Bütün xərclər,
qidalanmalar və səhyyə xərcləri sifarişçilər
tərəfindən ödənilir.
Ümumiyyətlə isə uşaq alverilərinin illik gəliri 10
milyard dollarlarla hesablanır. YUNİSEF-in
araşdırmalarına görə, uşaq alveri gizli silah və
narkotika alveri ilə eyni səviyyədə dayanır.
ATƏT-in
Rusiya təmsi Xelqa Konradın sözlərinə görə, Avropnın
özündə sərhədləri qyri-qanuni keçirilənlər arasında
daha çox uşaqlara təsadüf olunur. Ümmiyyətlə insan
alveri qurbanlarının təxminən 40 faizini məhz 18
yaşına çatmamış uşaqlar təşkil edir. Ən dəhşətlii
isə azyaşlıların seksual istsmra cəlb olunmasıdır.
İndiyə kimi dünyada 2 milyon uşaq seks sənayeinə
cəlb edilib. Bu çox təhlükəli rəqəmdir. Xelqa
Konradın fikrincə, uşaqların seksual istismrı cəlb
olunması HİV/AİDS virusunun yayılmsını daha
sürətləndirir.
Bu
problemin qrşısının lınması itiqamətində atılan
addmlar BMTni qane etmir. Qurumun hesabatında
göstərilir ki, dövlətlər heç də qanunvercilik
baxımından onlardan asılı olan hər şeyi etməyiblər.
Bu məsələ ilə bağlı vəziyyətin düzəldiyi ölkələrdən
biri İtalya olsa da, orada da problem tam həll
olunmayıb. Xeyli müddət bu ölkə Albaniyadan
gətirilən həddi buluğa çatmamış uşaqların bazarı
olub. Hazırda İtliyada yaşayan Alban uşaqlarının 10
faizindən çoxu himayəsizdirlər və onlar hər an qul
ticarətinin qurbanı ola bilərlər.
Ay alan uşaq satıram!
Azərbaycanda isə uşaq alverinə qarşı mübarizə barədə
müxtəlif fkirlər mövcuddür. Maraqlıdır ki, QHT-lər
probdlmi həlli istiqamətnidə görülən işlərdən razı
olsalar da, hökumət təşkilatları narzıdırlar.
Məsələn «Fidan» uşaq təşkilatının sədri Gülnarə
Abdullayeva hesab edir ki, 2005-ci ildə uşaq alveri
Azərbaycanda xeyli azalıb. Hətta heç dərəcəsinə
edindirilib.
Respublika Uşaq Fondunun sədri isə bununla
razılaşmır. Gülər Əhmədovanın tədqiqatlrına görə bu
gün Azərbaycanda uşaq alveri ilə bağlı statuskvo
dəyişməyib. Hələ də Azərbaycandan övladlığa uşaq
götürən və ğötürmək niyyətində olan əcnəblər var.
Respublika Uşaq Fondunun rəhbəri bunun qarşısının
alınmasını təklif edir. Onun fikrincə bu təhlükəli
tndensiyadır, buna yol vermək olmaz:
- Çünki
qannvericilikdə boşluqlar çoxdur. Xaricə övladlığa
verilən uşaqların sonrakı taleyini nəzartdə saxlaya
bilmirik. Bu boşluqları aradan götürdükdən və
nəzarət mexanizmini tənzimlədikdən sonra
uşaqlarımızın xaricə öldlığa verilib verilməməiniə
yenidən qayıtmaq olar.
Ümumilikdə isə Gülər xanımın azərbycanlı uşaqların
əcnəbilərə övladlığa verilməsinin əleyhinədir. O,
sadəcə buna ehtiyac görmür. Əsasən də sağlm
uşaqların övladlığa verilməsinə. Çünki Azərbaycanda
övladlığa uşaq götürmək istəyən kifayət qədər
ailələr var. Amma nədənsə onlara süni maneələr
yaradılır.
Gülnarə
Abdulayeva bu manelərin əsasən sənədləşdirmə
prosesində üzə çıxdığını söyləir. Onun sözlərinə
görə, səlahiyətli qrumlar o qədər sründürməiliyə ol
verirlər ki, axırda uşaq götürmək istəyən şəxs öz
arzusundan imtina edir:
-
Qonşulardan aryış, ailənin gəliri və sair kimi bəsit
lazım olmayan sənədlər tələb dirlər. Bu yaxınlarda
Qarabağ əlillərindən biri müraciət etmişdi. Uzun
müddətdr evlidirlər, amma uşaqları olmur. Yeniyetmə
qız uşağı götürmək istəyirdilər. Bir neçə üşaq evinə
müraciət etdik. Etiraz etdilər ki, sizə uşaq yox
qulluqçu lazımdır. Kor peşiman qayıtdılar. Nəticə
etibrilə azərbcanlı uşaqlar erli himaədar olmadığı
bəhanəsilə xarici vətəndaşlara verilir.
Gülər
Əhmədova da fürsətdən yararlanmağa niyyətində olan
bəzi karrupioner məmurların varlığın istisna etmir.
Uşaq Fondunun sədri hesab edir ki, övladlığa
verilmədə Azərbaycanlı ailələrə üstünlük verilməli,
onların qarşısında qoyulan tələblər azaldılmalı,
əksinə beynəlxalq övladlığa uşaq götürmə ilə bağlı
prosedur qydalar ciddiləşdirilməlidir. Əsasən də
Amerika Birləşmiş Ştatları başda olmaqla beynəlxalq
övladlığa götürmə haqqında kanvensiyanı imzalamayan
ölkələrə uşaqların verilməsi dayandırılmalıdır.
Çünki bu kimi ölkələrin vətəndaşlrına övladılağa
verilən uşaqların sonrakı taleindən xəbər tutmaq
problemə çevrilir. Bundan başqa əsasən Amerikaya
apıraln uşaqlar daha çox faciəli situasiyalarla
üzəlişrlər. Azərbaycanın isə nəzarət mexanizmi
yoxdur. Hələ bir neçə il öncə Respublika
Prokurorluğunun araşdırdığı cinayət işinin tərkib
hssəsi olaraq övladlığa verilmiş uşaqların taleyi lə
bağlı bəzi xarici ölkələrin hüquq-mühafizə
orqanlarına ünvanladığı sorğulara hələ də cavab
alınmayıb. Alınmayacaq da. Əgər Amerika Birləşmiş
Ştatları uşaq hüquqları haqqında beynəlxalq
konvensiyayanı ratikasiya etməyibsə, onlara bir dəfə
yox yüz dəfə də sorğu göndərilsə, heç birinə cavab
verən deyil. Çünki bu dövlətlərin nə Azərbycan
qarşısında, nə də beynəlalq kanvensiyalarla
götürdükləri öhdəliklər yoxdur.
Qyd
edək ki, Azərbaycanlı uşaqların aparıldığı ölkələr
sırasında Birləşmiş Ştatlar da var. Hətta Amerikaya
aprlmış qurbanlardan birini xilas etmək də mümkün
olub. Azyaşlı Zeynalova 2003-2004-cü illərdə Nyu
York şəhərində dəfələrlə seksual istmara məruz
qalıb. Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi
İmran Nəcfovun bu cinayət faktında Amerika
səfirliyinin əməkdaşlrının əli olmasını istsna
etmir. Onun sözlərinə görə bu faktın araşdırılması
üçün ABŞ Federal Tədqiqatlar Bürosunun əməkdaşları
Bakıda səfərdə olub və istntaq prosesində yaxından
iştirak edirlər.
Gülər
xanımın fikrincə, övladlıq adı ilə xaricə çıxarlan
uşaqların məsuliyyətini bir başa keçmiş səhiyyə
naziri Əli İnsanov daşıyır. Onun sözlərinə görə,
Azərbaycanda uşaq alveri şəbəkəsinin bir nömrəli
fiquru məhz Əli İnsanov olub. Çünki həmin ərəfədə
uşaqların əcnəbi vətəndaşlığa övladlığa verilməsi
məhz səhiyyə nazirinin müstəsna səlahiyyətlər
verdiyi Bakı şəhər Səhiyyə İdarəsinin müavininin
imzası ilə həyata həyata keçirilrdi.
O hesab
edir ki, Əli İnsanov 200-dən çox azərbaycanlı
uşaqların qeyri-qanuni xaricə aparılmasına görə
cavab verməldirlər. Məhz onların bilavasitə iştirakı
ilə bu uşaqlar övladlığa verilmək adı altında
satılıblar. Hazırda həmin uşaqların talyindən nə
pis, nə yaxşı, heç bir xəbər yoxdur.
Daldan
atılan daş...
Gülər xanımın açıqlamsının Əli İnsanovun həbsindən
sonraya təsadüf etməsi bu məlumatların ciddilini
şübhə altına alsa da, YAP-çı millət vəkili
açıqlamalırını belə sübuta yetirir:
-
Ölkədən bu qədər uşaq çıxır, bu nəzarət Səhiyyə
Nazirliyindədir, bu sənədə imza atan Bakı şəhər
Səhiyyə İdarəsinin müavinidir. Bu müavin Əli İnsanov
tərəfindən təyin olunmuş əlahiddə səlahiyyətə malik,
Neft Kimya institunun bitirmiş bir adamdır. Burada
nə qədər abdal olmaq lazımdır ki, bu işin başında
kimin dayandığını başa düşməyəsən?
Gülər
xanımın qənatəinə görə, məhz Azərbaycanda uşaq
alverinin başında Əli İnsanov dayandığından vaxtilə
Respublika Prokurorluğunda uşaq alveri ilə bağlı
qaldırılımş cinayət işlərinin nəticəsi olmurdu. İndi
isə Əli İnsanov həbsdədir. Amma ona qarşı irəli
sürülən ittihamlar arasında uşaq alveri və yaxud da
qeri qanuni övladlığa verilmə ilə bağlı maddə
yoxdur. Bu amil Gülər xanımın da təəccübünə səbəb
olub.
- Əli
İnsanovun nazir olduğu ərəfədə bu faktı nəyə görə
açıqlammısınız?
- Ona
görə açıqlaya bilmirdim ki, bizim müstəntiqlə
söhbətlrimizdə kankret olaraq qarşımızda dilemma
vardı: Əli İnsanov Yeni Azərbaycan Partiyasının
rəhbər orqnlarında təmsil olunan ölkənin siyasi
fiqurlarından biri, səhiyyə naziri idi. Bu adamın
istintaq zamanı adını açıqlaması Respublika
Prokurorlğu və ölkə rəhbərliyi ilə razılaşdırılmış
şəkildə olmalı idi. Hər halda o zaman adını tam
açıqlamsam da, eyhamlar vururdum. Hətta ANS
teliziasında Əli İnsanov özü bu açıqlamalar
münasibət bildirmişdi. Bu adamın Milli Məclisdə də
kifayət qədər havadarları vardı, bu gün də var.
Onlar məni dediklərimi təkzib edirdlər. Həmin
ərəfədə məhz gərgin situasiyalardan biri bu məsələ
ətrafında yaranmışdı. Amma bu gün bir çox məsələlər
açılıb. Mən güman edirəm ki, heç də uşaq alveri və
dünyanın kabuslarından biri sayılan insan alveri
sonuncu məsələ deyil ki, Əli İnsanova qarşı ittham
irəli sürülmədi. Hər halda birinci məsələlərdən
biridir. Mən təəccüb edirəm ki, hələ bu adama qarşı
uşaq alveri ilə bağlı ittiham irəli sürülməyib.
«Hətta
erməni ailələrinə də uşaqlar verilib». Bunu Gülnar
xanım iddia dir. Onun araşdırmalarına görə, həmin
uşaqlar vəziyyəti heç də yaşı deyil. Onlara
Azərbaycan dilində danışmağı da qadağan edirlər.
Daxili
işlər nazirinin müavini Vilayət Eyvazovun sözlərinə
görə, uşaq alveri ilə bağlı 13 cinayət faktı qeydə
alınıb. Onlardan 12-sinin istintaqı yekunlaşıb. Bir
faktı üzrə isə istintaq hələ davam edir. Ümumilikdə
23 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onların
arasında keçmiş səhiyyə nazirinin adı yoxdur. Ona
görə də Əli İnsanova qarşı belə bir ittiham irəli
sürülməyib. Ümmiyyətlə nazir müavini Əli İnsanovun
uşaq alverində adının hallndırılmasını ilk dəfədir
eşidir. Ümmiyyətlə Vilayət Eyvazov bu cinayət
növünün yüksək rütbəli dövlət məmurları və polis
tərəfindən himayə olunması haqqında səslənən
fiirlərilə razı deyil:
-
Yerlərdə bəzi xırda məmurların sənədlərin
saxtalaşdırılmasında əli ola bilər. Belə hallar
əməliyyat tədbrləri zamanı aşkarlanıb və həmin
şəxslər məsuliyyətə cəlb olunublar. Amma polisin və
yüksək rütbəli məmurlrın insan alverilirəni himayə
etməsi barədə fakt yoxdur. Bu gün beynəlxalq
qurumların bizə örnək göstərdiyi ölkələrlə müqayiəsə
də Azərbaycada bu istiqamtdə aparılan işlər daha
yaxşı nəticə verir. Biz daha irəlidəyik.
Dilənçi mafiyası
Ekspertlərin qənatəinə görə, Azərbaycanda uşaq
alveri təkcə xaricə satılmaqla kifayətlənir. Əslndə
bu uşaq lverinin görünən tərəidir. Görünməyən
tərəiləri isə onların əməyinin istsmar olunmasıdır.
Xüsusilə də uşaqların dlənçiliyə sövq edilmsi. «Fidan»
uşaq təşilatının hesablamalıran görə, bir nəfər
uşaqdan diləçi mafiyası təxminən gün ərzində 20-25
dollar gəlir götürür. Və b mfiyanın başında duranlar
heç də sadə insanlar deyil. Gülnarə Abllayevanın
qənatəinə görə, Azərbaycanda uşaqların
diləndirilməsi hüquq-mühafizə orqanı əməkdaşlrı
tərəfindən himayə olunur:
- Necə
olur ki, polislər küçədə tum satan qadına imkan
vermirlər, ancaq əlil arabsında şikəst uşağı
diləndirməyə imkan verirlər. Polis bunun qarşısın
almğa çalışmır, əksinə, şərait yardır.
Millət
vəkili isə dilənçi maiyasına rəhbərik ednlər rasında
hüquq-mühaizə orqanı və ya digər yüksək təbəqəli
insanların rəhbəlik tməsi fikri ilə razılaşmır:
- Bizim
təşkilat tərəfindən araşdırma aprılmışdı. O zaman
dilənçi mafiyasının əlindən ki qardaşı xilas edə
bildik. Amma bu gün kifayət qədər uşaq təşkilatları
adı altında fəaliyyət götərən QHT-lər var ki, bu
işdə iştirak edirlər.
Gülər
xanımın sözlərinə görə, dilənçi mafiasına rəhbərlik
edən şəxslər əsasən məhkum olunmuş şəxlədir. Müəyyən
insanlar baxımsız və ailə başçısını itirmiş uşaqları
dilənçiliyə cəlb edirlər. Uşaq Fondunun sədri hesab
edir ki, bunun qrşısını almaq üçün irntensiv
tədbirlər planı hazırlanmalı, yiyəsiz uşaqlr üçün
gecə evləri tikilməlidir. Onlar üçün sosial
xidmətlər nəzərdə tutlmalıdır. Bu işdə hüquq-mühaizə
orqanları ilə yanaşı Təhsil, Soial Təminat Nazirliyi,
o cüməldən yerli bələdiyyələr birgə əaliyyət
gösitərməlidirlər.
Gülnarə
Abdullayeva isə daha sərt tədbirlər təklif edir.
Onun qənatənə görə, küçədə dləndirilən uşaqlar uşaq
evlərinə təhvil verməli, əgər onların validnləri
varsa, valideynlik hüququndan məhrum edilməlidirlər.
Amma
beynəlxalq təcrübə göstərir ki, alveri ilə
mübarizədə sadə üsullar heç də effektli olmur.
Represiya metodlarından sonra uşaq alverçiləri dətən
daha dqqətli olurlar və digər metolardan itifadə
edirlər.
Uşaqlar
bizim GƏLƏCƏYİMİZ, həm də KEÇMİŞİMİZDİR. Gəlin nə
gələcəyimizi, nə də keçmişimizi yadellirə SATMAYAQ.
Çünki keçmişi və gələcəyi olmayanların mövcudluğu da
şübhə altındadır. |