HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                             

Latest investigations

 

INVESTIGATIONS
...................................

The Number of Women Taken Abroad for Prostitution is Increasing
                                     By Fatime M.
...........................................................
"Worker" Children...
How do They Exploit Their Labor?

                                      By Fatime M.
..........................................................
Trade with Narcotics is Under the Control of Big Interests
                 By Ruhiyye Dashlsalahli
...........................................................
Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan
                         By Rasim Bayramov
...........................................................
Hepatitis Has Spread all Over Azerbaijan
                                      By Mirze Ag
...........................................................
Who is Behind Child Trafficking in “Bakzdrav”?
                                      By Mirze Ag
...........................................................
Russian and US Special Services Arrest International Child Traffickers
                                           Pravda.Ru
...........................................................
Young Women Have no Notion of Sexual Risks that Jobs Abroad Pose
                                 Dmitry Latypov
...........................................................
Trade with Body
              By
Zulphugar Kheyirxabar
...........................................................
Made in Azerbaijan
         
By Zulphugar Kheyirxabar
...........................................................
The Business of Human Trafficking and Involving in Prostitution Lead to Human Organs Transplantation
                               By  F. Memmedli
...........................................................

 

Trade with Narcotics is Under the Control of Big Interests

(Because of financial lack for translation, there is no English version of the text)

Harkotik ticarəti böyük maraqların nəzarətindədir

 Ən dəhşətli hal Azərbaycan üzrə narkomanların sayının ilbəil artmasıdır

 By Ruhiyye Dashlsalahli

Statistik hesablamalara görə, hazırda Azərbaycanda 18 minə qədər narkoman var. Lakin qeyd edək ki, bu, rəsmi rəqəmlərdir və onların sayının daha artıq olması ehtimal olunur. Daxili İşlər Hazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin son 9 ayı ərzində narkotik alveri ilə bağlı 1750 cinayət faktı qeydə alınıb. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda narkomaniyanın səviyyəsi ilbəil artmaqdadır.

Müşahidələr göstərir ki, narkomanlar təhsilə, ailəyə, işə, dostlarına maraqlarını itirir və özlərini cəmiyyətdən təcrid edirlər. Tanınmış həkim Adil Qeybullanın dediyinə görə, onlar 40 yaşdan artıq yaşaya bilmirlər: "Harkotik vasitə insan həyatını korlayır. Əgər insan özünü buna öyrəşdirirsə, əl çəkə bilmir. Lakin bu asılılığın özü də cəmiyyətə vurulan ağır zərbədir. Çünki narkotik vasitəyə aludə olan hər bir adam nə yolla olursa-olsun həmin vasitəni əldə etməyə çalışır və bunun üçün hətta oğurluqdan, adam öldürməkdən belə çəkinmir. Bu yolla da narkomanlar cinayətkara çevrilir.  Qərb ölkələrində narkomanlar normal həyata qayıda bilirlər. Lakin Azərbaycanda onların yalnız 3 faizini müalicə etmək mümkündür. Bu faktın özü bir daha göstərir ki, biz bu təhlükəli xəstəliklə mübarizə aparmaqda olduqca acizik". Səhiyyə Hazirliyinin narkoloji xidmət şəbəkəsi respublikanın bütün regionlarını əhatə edir. Lakin təəssüf ki, onlardan yalnız 12-də həkim narkoloqlar öz ixtisasları üzrə işləyir, qalanlar isə ya psixoterapevt, ya da hər hansı qeyri-ixtisas sahələrini təşkil edən həkimlərdir.

Respublikanın baş psixiatoru Ağabəy Sultanovun sözlərinə görə, Azərbaycanda xüsusi tibbi avadanlıqlar və lazımi dərmanlar olmadığından xəstələri müalicə etmək çox çətindir: "Əhali arasında profilaktik tədbirlər keçirmək və onları müalicə etmək üçün müəyyən dərmanların əldə olunması vacibdir. Lakin Azərbaycanda bərpa mərkəzləri olmadığından xəstənin müalicə müddəti uzadılır və iki ay xəstəxanada saxlanılır. Xarici ölkələrdə isə müalicə müddəti 2 həftə uzanır və bundan sonra da xəstəyə müxtəlif bilgilər öyrədilir. Məsələn, o, müxtəlif sənətlərə yiyələnir və bundan başqa, mütaliə edir, idmanla məşğul olur. Bütün bunlar xəstə insanın sağalmasına kömək edir və o, bir də heç vaxt narkotikdən istifadə etmir".

 Harkomanlar məsuliyyətə cəlb edilmirlər

Harkotik vasitədən istifadə edən şəxslər narkoman olduqlarına görə heç vaxt məsuliyyətə cəlb olunmurlar. Lakin bəzi hallarda onlar narkotik alverçiləri kimi həbs edilirlər. Hüquqşünas Aydın Kərimov bildirir ki, narkotik vasitələri gəzdirmək, daşımaq, satmaq və yaxud da ondan nəzərdə tutulandan artıq istifadə etmək isə cinayətdir və əgər narkotikdən istifadə edən bir adamın yanında qanunvericilikdə müəyyən olunmuş miqdardan artıq narkotik vasitə olursa, artıq həmin şəxs narkotik vasitəni aparan, daşıyan, satan, emal edən və s. kimi qəbul olunacaq. Ona görə də müəyyən miqdardan artıq olarsa, onu bu maddə ilə məsuliyyətə cəlb edirlər. Amma istifadə edən adamın yanında daşınmasına icazə verilən miqdar olduqda (hətta bu adam əlində siqaret, narkotik çəkirsə), yəni müəyyən olunmuş miqdardan azdırsa, onu cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

Qeyd edək ki, ən dəhşətli hal hazırda Azərbaycan üzrə narkomanların sayının ilbəil artmasıdır. Bu artım isə daha çox Azərbaycanın tranzit ölkə olması ilə izah olunur. Hüquqşünas hesab edir ki, bu, təkcə ölkənin narkotik alverçiləri üçün tranzit rol oynaması ilə deyil, həm də başqa amillərlə əlaqədardır: "Məsələ burasındadır ki, bu gün dünyada böyük dövlətlərin narkotikdən əldə etdikləri gəlirlər silah, neft alverindən gələn gəlirdən daha çoxdur. Ona görə də dünyanın böyük narkobaronları, narkotik vasitələr satışına rəhbərlik edən adamlar heç vaxt imkan verməyəcəklər ki, narkotik istifadə edənlərin sayı azalsın. Yəni Yer kürəsində, o cümlədən Azərbaycanda mafiyalara, qruplara, güclərə qarşı dura biləcək qüvvə yoxdur. Digər tərəfdən, Azərbaycanın narkotik vasitələrin daşınma yolunda dayanması və ondan tranzit ölkə kimi istifadə olunmasının özü də burada mühüm rol oynayır. Lakin bu da həlledici rol deyil. Yəni elə ölkələr var ki, orda narkotik daşınır, amma  özləri ondan o qədər də istifadə etmirlər. Sadəcə olaraq, Azərbaycanda ölkənin özünün narkobaronları var, narkotik alveri ilə məşğul olanlar çox imkanlı, güclü adamlardır ki, onlar bütövlükdə şəhərlərdə, rayonlarda, kəndlərdə imkanlı adamların uşaqlarını 10 illərlə işlənmiş mexanizmlərlə narkotikdən istifadəyə cəlb edirlər. Əgər müşahidə etsək görərik ki, kasıb uşaqları o qədər də narkotik vasitələrə aludə olmurlar. Narkomanların əksəriyyəti varlı, çox böyük imkanı olan adamların uşaqlarıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan ictimaiyyətində yüksək vəzifə postları tutan adamların uşaqlarının narkoman olmaları haqqında çox geniş məlumat var".

 "Ağ ölüm"ün həqiqi reallığını cəmiyyətə göstərmək lazımdır

 Bu baxımdan götürəndə Azərbaycanda narkotiklərin yayılmasının qarşısını alan mexanizmlər çox zəifdir. Bunun təkcə hüquqi, inzibati yolla qarşısını almaq olmaz. Burada çoxlu kompleks məsələlər var. Hüquqşünas A.Kərimov hesab edir ki, bunun üçün dövlət səviyyəsində proqram hazırlanmalıdır və artıq Azərbaycanda da bu proqram var: "Amma o proqramın işləməsi üçün çox ciddi iradə ifadə olunmalıdır. Yəni hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdır və maarif sistemi məktəblərdə narkomaniyaya qarşı təbliğat aparmalıdır. Bu gün Azərbaycan televiziyalarında Venesuela filmləri göstərilir və filmdə bildirilir ki, bir qız narkoman olur, sonra o, narkomanlıqdan əl çəkə, onu tərgidə bilir və gəlib yenidən cəmiyyətə qovuşur. Bunun özü yalançı bir mirajdır və insanları aldadır ki, narkoman olandan sonra onu tərgidib normal həyata qayıtmaq mümkündür. Amma bu, mümkün deyil. Ona görə də "ağ ölüm"ün həqiqi reallığını cəmiyyətə göstərmək lazımdır. Mən düşünürəm ki, hər bir rayonda kimsə narkotik alveri ilə məşğul olursa, bunu həmin rayonun sahə müvəkkili də, polis agentura sistemi də, bu işə cavab verən vətəndaşlar da çox gözəl bilirlər. Ancaq ona qarşı mübarizə planla həyata keçirilir. Məsələn, tutaq ki, yuxarıdan göstəriş verilir ki, bu ay tutaq ki, 3 narkotik alverçisini və ya narkotik plantasiyanı ləğv etmək lazımdır, bir-iki silah tutmaq lazımdır. Təbii ki, planla aparılan əməliyyat da xeyir gətirməyəcək və heç bir müvəffəqiyyət qazanmayacaq".

 

Cavanlaşan narkomaniya və nəşədən kokainə

 Aparılan araşdırmalar onu da göstərir ki, narkotikdən istifadə edənlərin yaşı getdikcə cavanlaşır. Hazırda narkotik vasitələrdən istifadə edənlərin 10 faizini qadınlar təşkil edir və onların da yaş həddi çox aşağıdır. Əgər narkomanlar yeni başlayanda nəşədən istifadə edirlərsə, yavaş-yavaş onun daha güclü və orqanizm üçün ziyanlı forması olan kokain və marixuanadan istifadə edirlər. Rəsmi statistikaya görə, dünyada 2 milyona qədər narkoman var və onların sayı getdikcə artır. Azərbaycan tranzit ölkə olduğundan narkotik alverçiləri ölkəyə daha asanlıqla daxil ola bilirlər. Məlumatlarda bildirilir ki, gömrük idarələrinin işçiləri hər gün narkotik vasitələr aşkar edirlər. Təəssüfləndirici haldır ki, narkomanların yaş həddi 17 yaşdan 11 yaşa qədər düşüb. Onların arasında hələ yeniyetmə yaşına çatmayan uşaqların sayı artmaqdadır. Ölüm hallarının sayı da getdikcə artmaqdadır. Hesab edilir ki, uşaqların nəzarətdə saxlanmaması, gecə vaxtları əyləncə mərkəzlərinə getmələri və bunun nəticəsində narkomanların əhatəsinə düşmələri problemi doğuran səbəblərdəndir. Araşdırmalar göstərir ki, narkomaniya kasıbçılıqdan, korrupsiya və işsizlikdən də təhlükəlidir. O, nəinki bir adama, bir ailəyə, hətta bütün cəmiyyətə zərbə vurur. Təəcsüfləndirici məqamlardan biri də son zamanlar qadınların narkotik vasitələrə meyilliliklərinin artmasıdır. Məsələn, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirir ki, mərkəzə gələn narkoman qadınlar günbəgün çoxalır: "Onların əksəriyyəti cavan qızlardır. Eləsi var ki, valideynlərinin təşəbbüsü ilə gəlir. Məsələn, ali məktəb tələbəsi olan iki qız dərsə getmədiklərinə görə institutdan qovulublar. Onlardan birinin anasının dediyinə görə, valideynlər xəbər tutana qədər təsir altına düşən qızları evdə olan əşyaları satıb və özünə narkotik vasitələr alıb. Əvvəlcə valideynlər qızlarının bu hərəkətinə təəccübləniblər ki, o bu əşyalarla nə edə bilərdi. Lakin hər şeyi biləndən sonra ata-ananı onları dəhşət bürüyüb. İndi isə ana hər gün qızı özü ilə bizim mərkəzə- psixoloqun yanına gətirir. Mərkəzimizdə müalicə alan bütün narkoman qızlar isə eyni sözü işlədir, onlar əvvəlcə mühitin təsiri altına düşüb, narkotik vasitədən elə-belə, onun dadına baxmaq üçün istifadə edib, sonra isə dönüb olublar narkoman. Amma bir məsələ də var ki, bu qızların hamısı sağalmaq istəyir".
 

Yazı "Milliyət" qəzetində dərc olunub

 

 

 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us