HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                             

Latest investigations

 

INVESTIGATIONS
...................................

The Number of Women Taken Abroad for Prostitution is Increasing
                                     By Fatime M.
...........................................................
"Worker" Children...
How do They Exploit Their Labor?

                                      By Fatime M.
..........................................................
Trade with Narcotics is Under the Control of Big Interests
                 By Ruhiyye Dashlsalahli
...........................................................
Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan
                          By Rasim Bayramov
...........................................................
Hepatitis Has Spread all Over Azerbaijan
                                      By Mirze Ag
...........................................................
Who is Behind Child Trafficking in “Bakzdrav”?
                                      By Mirze Ag
...........................................................
Russian and US Special Services Arrest International Child Traffickers
                                           Pravda.Ru
...........................................................
Young Women Have no Notion of Sexual Risks that Jobs Abroad Pose
                                 Dmitry Latypov
...........................................................
Trade with Body
              By
Zulphugar Kheyirxabar
...........................................................
Made in Azerbaijan
         
By Zulphugar Kheyirxabar
...........................................................
The Business of Human Trafficking and Involving in Prostitution Lead to Human Organs Transplantation
                               By  F. Memmedli
...........................................................

 

Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan

(Because of financial lack for translation, there is no English version of the text)

Azərbaycanda talassemiyalı xəstələrin sayı getdikcə artır


Dövlət isə bu xəstəliyin qarşısının alınmasında maraqlı deyil

 

 By Rasim Bayramov

Talassemiya xəstəliyi elmə yeddi min il bundan əvvəl məlum olub. Hazırda Azərbaycanda hər 100 nəfərdən 10-u bu xəstəliyin daşıyıcısıdır. Bunun nəticəsində isə ildə 500 xəstə uşaq dünyaya gəlir. Onu da qeyd edək ki, talassemiya xəstəliyi irsi xəstəlikdir. Bu xəstəlikdən xilas olmanın yeganə yolu nikaha girməzdən əvvəl tərəflərin mütləq qan analizi vermələridir. Azərbaycanda bu metodu tətbiq etməklə xəstəlikdən xilas olmaq mümkündürmü?  

Respublika Uşaq Xəstəxanasının Hemotologiya şöbəsinin rəhbəri, "Sorqe" Cəmiyyəti Talassemiya Mərkəzinin prezidenti  Tamara Dadaşova əvvəllər bu haqda əhalinin heç bir məlumatı olmadığını bildirdi: "Amma 1998-ci ildən bəri bu sahədə çox geniş maarifləndirmə işləri aparırıq. Buna görə də bizə müraciətlər artıb. Maarifləndirmədən sonra əhali az da olsa, bu haqda məlumata malik olub. İnsanların müraciəti çoxalıb və hamı istəyir qanını yoxlatdırsın ki, gələcəkdə ailədə talassemiyalı xəstə uşaq doğulmasın. Amma qeyd edim ki, ötən illərə nisbətən Azərbaycanda talassemiyalı insanların sayı olduqca artıb. Mən deyərdim ki, ümumiyyətlə, Azərbaycan dünya üzrə talassemiyalı xəstələrin sayına görə birinci yerlərdən birini tutur. Hazırda 2 minə qədər, bəlkə də daha çox talassemiyalı xəstə var. Çünki rayonlarda olan belə xəstələr adətən bizə müraciət etmirlər. Onlar müalicə olunmadan erkən dünyalarını dəyişirlər. Xəstəliyin artmasına səbəb isə profilaktikanın düzgün aparılmamasıdır. Bu xəstəlikdən əziyyət çəkənlər uzunmüddətli müalicə tələb edirlər. Donorlar isə çox azdır və demək olar ki, yox dərəcəsindədir. Talassemiyalı xəstələrə hər ay qan vurmaq lazımdır. Bəzi uşaqlara isə ayda bir dəfə deyil, iki dəfə qan vurdurmaq lazım olur. Çünki uşaqları müntəzəm olaraq qan vurmaqla yaşatmaq olur. Kəskin animik vəziyyətdə dünyasını dəyişənlər də olur. Burada iki problem var: qan problemi və müəyyən olunmuş dərmanlar. İş orasındadır ki, dərmanları xaricdən humanitar təşkilatlardan alırıq. Ancaq qonşudan gələn paydan nə olar ki? Bir gün olur, bir gün olmur. Bizim gərək daima qanımız olsun ki, onu uşaqlara verə bilək. İki və ya üç aydan bir təşkilatlar bizə qan verirlər. Bizə lazımdır ki, əhali arasında donorluğa qarşı yaxşı münasibət yaransın. Onlar öz istəkləri ilə qan verməyə gəlsinlər. Yoxsa kampaniya halında aldığımız qanlar bizə kifayət etmir. Yenə də uşaqların qana böyük ehtiyacı olur. Belə olanda qanlarını satan donorlara müraciət etməli oluruq".

 
Pulu olan qan alır, olmayan isə erkən dünyasını dəyişir


Xəstələrin hər ay qan almağa imkanı olmur. Ona görə də bu sahədə böyük çətinliklər var. Tamara xanım deyir ki, iki aydan bir hansısa məktəbdə, məsciddə və ya müəssisədə belə kampaniyaları aparırıq: "Bununla bir balaca vəziyyətdən çıxsaq da, tam müalicəni əvəz etmək mümkün deyil. Qan məsələsi problemə çevrilib. Pulu olan gedib ayrı-ayrı donorlardan öz pulu ilə qan alır, amma pulu olmayan erkən dünyasını dəyişir. Bizim institutun tərkibində qan bankı var. Bu qan bankında daima kifayət qədər qan olmalıdır ki, talassemiyalı uşaqlar gələndə onlara qan verə bilək. Təəssüflər olsun ki, biz hələ elə bir vəziyyətlə qarşılaşmamışıq. Bəzən bizə zəng edib deyirlər ki, talassemiyalı uşaqlara qan vermək istəyirik. Amma bu, olduqca nadir hallarda olur. Yaxud özümüz briqada təşkil edib, gedirik hansısa bir təşkilata və qan yığırıq. Bu qanı isə çox saxlamaq olmur. Çünki bir qədər qalandan sonra xarab olur və istifadə üçün yararsız hala düşür".

Əgər qanvermə müntəzəm olarsa, xəstə uşaqlar da əziyyət çəkməz. Amerika Birləşmiş Ştatlarında hər adam ildə iki dəfə qan verməsə, o, özünü amerikalı hesab etmir. Heç kəs onu məcbur etmir ki, get, qan ver. Sadəcə olaraq, o özü müraciət edir. Təəssüf ki, bizdə hələ də bu hal yoxdur. İki ayda bir və ya iki nəfər adam müraciət edir ki, qan vermək istəyirəm. Əhali arasında donorluq haqqında müntəzəm olaraq çıxış etmək, materiallar hazırlayıb camaata paylamaq lazımdır. Çox adam elə başa düşür ki, qan verməklə onun bədəninə ziyan olur. Qan verməyin nəinki bədənə ziyanı var, əksinə, çox xeyri var. Tamara xanımın sözlərinə görə, "Sorqe" təşkilatı bu haqda çox çıxışlar edib: "Təşkilat bildirib ki, qan verməklə insan orqanizmi təzələnir. Bu proses ağacın suvarılmasına bənzəyir. Bu haqda televiziyada çıxışlar olmalı, kliplər çəkilməlidir. Mən bir ideya kimi qarşıya qoymuşam ki, bu haqda filmlər də çəkilsin. Amma bütün bunları həyata keçirmək üçün müvafiq nurumlar tərəfindən bizə maddi kömək lazımdır. İki, üç il bundan əvvəl mənə maddi yardım göstərən təşkilat oldu və onların hesabına xeyli bukletlər hazırladım. Həmin bukletlərdə "Qan həyatdır!", "Qan verənlərə Ulu Tanrı yar olsun!" və s. şüarları yazmışdım".

 
Dövlət tərəfindən yardım almırıq

Tamara xanım onu da bildirdi ki, dövlət tərəfindən heç bir yardım almırlar: "Bizdə belə qəbul olunub ki, dövlət qan verən adama pul verməlidir. Heç bir dövlətdə qan satın alınmır. Dövlət tərəfindən bizə dərman sarıdan da kömək yoxdur. Dərmanlar olduqca bahalıdır və onlar xaricdən gətirilir. Hərdən hansısa humanitar təşkilat Səhiyyə Hazirliyinə dərman yardımı edəndə, ondan bizə də çatır. Dövlətin bu məsələdə fikri odur ki, respublikada talassemiyadan da ağır problemlər var. Əgər bu xəstəlikdən  2 min xəstə əziyyət çəkirsə, başqa xəstəlikdən on min nəfər əziyyət çəkir. Xəstələrin sayı da onları bir o qədər maraqlandırmır. Hələlik dövlətin maddi cəhətdən bu xəstəliyə kömək etmək imkanı yoxdur". 

 
Talassemiyanın müalicəsi necə aparılmalıdır?


Həkimin sözlərinə görə, bəzi uşaqlarda 3-4 aylığından bu xəstəlik özünü büruzə verməyə başlayır. Onların rəngləri ağarıb, qaraciyərləri şişməyə başlayır. Belə xəstələrin hansı yaş həddinə qədər yaşamalarına gəlincə, həkim bildirdi ki, əgər onlar yaxşı müalicə alarsa, 20-25 yaşına qədər yaşayır: "Övladlarını axıradək müalicə etdirənlərin sayı çox azdır. On faiz, bəlkə də daha az valideyn bunu öz hesabına edir. İmkanlı valideynlər təmənnasız donor olmayanda, qanını satan adamlara müraciət edir. İmkanı olmayan valideyn isə xəstə uşaq üçün qan ala bilmir və uşaq yarımcan yaşayır. Gündəlik müraciətləri nəzərə alsaq, deyə bilərik ki, xəstələrin sayı artır. Qadın hamilə olarkən uşaq ana bətnində yoxlanılmalıdır. Əgər uşaq sağlam deyilsə, onun dünyaya gətirilməsinin qarşısı alınmalıdır. Bu metod isə hələ bizdə yoxdur. Bir çox xarici ölkələrdə, məsələn, Kiprdə, Fransada, ABŞ-da və digər ölkələrdə bundan istifadə olunur. Amma biz bu sahədə təşkilati işlər aparırıq. Həmin metodun tətbiq olunmasının isə çox böyük əhəmiyyəti var. Səhiyyə Hazirliyi qərar verib ki, yaxın vaxtlarda bu metod bizdə də tətbiq edilsin".

 

Yazı "Baki Xəbər" qəzetində dərc olunub

 

 

 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us