|
Hepatitis Has Spread all Over Azerbaijan
(Because of financial lack for translation, there is
no English version of the text)
Viruslu hepatit Azərbaycanı
ağuşuna alıb!
Bu məqalə bir "SOS" siqnalı
hesab edilməlidir!
By Mirze Ag
Mütəxəssislərlə apardığımız
söhbətlər göstərir ki,
son illər Azərbaycanda
qan xəstəlikləri
sürətlə yayılmağa
başlayıb - qeyri-rəsmi
statistikaya görə, ölkəmizdə vərəmli, hepatitli
yoluxucu
və digər qan
xəstəliklərinin
coğrafiyası və miqyası
xeyli genişlənib.
Bəzi məlumatlara görə, indi müalicə
müəssisələrinə müraciət
edən vətəndaşların hər 10 nəfərindən 2-3-ü (ən yaxşı
halda) viruslu hepatitə ("V" və "S") yoluxub! Son
10-12 ildə ölkəmizdə irsi qan xəstəliklərinə (məsələn,
talassemiya) mübtəla olanların
da sayı durmadan artıb. Vərəmin, QİÇS-in
də yayılma
dinamikası haqlı təşviş doğurur. Fikrimizcə,
bütün bunlar son 10-12 il ərzində Azərbaycanda
həyata keçirilmiş xeyli ictimai-təhlükəli
səhiyyə siyasətinin birbaşa və dolayı
nəticəsindən
başqa bir şey deyil! Məsələn, müstəqillik illərində
həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir
ki, bu gün Azərbaycanda
vərəm, hepatit (bütün növləri), QİÇS
kimi yoluxucu
və digər irsi qan xəstəliklərinin
diaqnostikası,
pofilaktikası demək olar ki, sıfır
vəziyyətinə gətirilib, müalicəsində
isə heç danışmağa
dəyməz!
Digər
tərəfdən də hazırda
Azərbaycanda
təbabətin hemotologiya istiqaməti üzrə yüksək
hazırlıqlı
mütəxəssisləri barmaqla saymaq olar, olanların
da bir qismi Əli İnsanovun despotizmindən
bezərək, ölkəni artıq
çoxdan tərk edib. Mütəxəssislərin sözlərinə
görə, hemotologiya üzrə bir elmlər doktorunun
yetişməsi üçün azı,
25-30 il vaxt lazım gəlir. Yuxarıda
barəsində söhbət açdığımız
Azər Kərimov ölkədə bu sahə üzrə 2-3 nəfər
sanballı
alimlərdən biridir. Təbabətin hemotologiya
istiqamətinin bərbad vəziyyətdə olduğu
bir zamanda, 3 hemotoloq-alimdən birini öz
sahəsindən uzaqlaşdırmaq hansı məntiqə sığa
bilər?!
Məlumatlara görə, hepatitin "V" və "S" növləri
dünyanın
əksər ölkələrində QİÇS
kateqoriyalı (viruslu) xəstəlik hesab olunur
və onların
diaqnostikasına, profilaktikasına, müalicəsinə
(məsələn, vaxtında
müalicə
olunsa, hepatit "S" qara
ciyərin
serrozuna qədər inkişaf etməz) xüsusi diqqət ayrılır.
Çağdaş dünya bütün imkanlarını bu xəstəliklərlə
mübarizə istiqamətində səfərbər edib.
İrsi
qan xəstəlikləri də eləcə.
Di gəlin, görək, bu xəstəliklərin yayılma
səviyyəsinə görə, Azərbaycanda
vəziyyət necədir?
Nə
qədər acınacaqlı
da olsa, çağdaş Azərbaycanda
bu xəstəliklərin diaqnostikası,
profilaktikası istiqamətləri üzrə məqsədli
siyasət konsepsiyası
olmadığından, kəmiyyət və keyfiyyət baxımından
real göstəricisi
demək olar ki, sıfıra
bərabərdir! Fikrimizi bircə
misalla əsaslandırmağa
cəhd
edəcəyik.
Məsələ belədir ki, bu gün Azərbaycanın
ixtiyari tibb müəssisəsinə daxil olan pasiyent müalicədən
(və ya əməliyyatdan) əvvəl yoluxucu-qan
xəstəliklərinə yoxlanmır
- dövlət tibb müəssisələrinin heç birində
belə diaqnostika maddi-texniki baza və kadr korpusu
baxımından
təşkil olunmayıb! Müəyyən qeyri-rəsmi
araşdırmalar göstərir ki, hazırda
ölkəmizdə müalicə
müəssisələrinə müraciət
edən vətəndaşların 10 nəfərindən ikisi-üçü hepatit
"V" və hepatit "S" ilə xəstədir (və ya bu
xəstəliklərin virusunun daşıyıcısıdır)!
Cərrahiyyə
müəssisələrində əməliyyat olunan həmin şəxslərin
hepatitə yoxlanmaması
xidmət personalını
və digər xəstələri də hepatitə real yoluxma
təhlükəsi ilə üz-üzə qoyur! Məlumat üçün bildirək ki,
dünya ölkələrinin əksəriyyətində, o
cümlədən
MDB dövlətlərinin hamısında
ölkəyə gələn əcnəbilər
mütləq QİÇS
və hepatitə ("V" və "S") yoxlanır...
Məlumdur
ki, gün ərzində M.Nağıyev
adına Təcili
Tibbi Yardım Xəstəxanasına
yüzlərlə xəstə-yaralı
daxil olur ki, onların da əksəriyyətinin
üzərində təcili
cərrahi əməliyyat aparılır.
Fəqət, xəstələrin-yaralıların
heç biri hepatitə ("V" və "S") yoxlanmır!
İndi özünüz fikirləşin, belə bir şəraitdə bircə
hepatitli xəstə neçə nəfəri bu xəstəliyə yoluxma
təhlükəsi ilə üz-üzə qoyur və ya yoluxdurur?! Bu da
belə...
Məlumdur ki, qan xəstəlikləri, talassemiya,
hepatitlər, qara
ciyərin
serrozu, kəskin qanitirmələr zamanı
qanda trombositlərin sayı
kəskin şəkildə aşağı düşür. Bu isə qanın
laxtalanma müddətinin uzanması
və yaxud, son həddə tamamilə laxtalanmaması
ilə nəticələnir.
Belə xəstələrin əsas "xilaskarı"
"trombositar kütlə" ("trombositarnaya massa")
deyilən nəsnədir. O, xüsusi texnologiya əsasında
insan qanından hazırlanır. Mütəxəssislərin
sözlərinə görə, bu gün Azərbaycanda
bu nəsnəni lazım
olan anda əldə etmək demək olar ki,
qeyri-mümkündür - ölkədə onun ehtiyatı
yaradılmayıb! Nə üçün? Çünki "trombositar
kütlə" adlanan həmin andır
Azərbaycanda
istehsal olunmur! Bunun da bir neçə səbəbi
var: birincisi,
bu gün ölkəmizdə "trombositar kütlə"nin
seriyalı
istehsalı təşkil olunmayıb; ikincisi,
bunun üçün müasir tələblərə
cavab
verən yetərli elmi-texniki baza, xammal bazası
və kadr korpusu yoxdur. Bəs, bu nəsnənin
tələb olunduğu
kritik anda həkim və zavallı
xəstə neyləsin?!
Beləliklə, araşdırmalar göstərir ki, çağdaş
Azərbaycanda
yoluxucu qan xəstəliklərinin, o
cümlədən
hepatitlərin diaqnostikası,
profilaktikası sıfır vəziyyətindədir, müalicəsindən
isə danışmağa
dəyməz! Ystəlik də bu xəstəliklərə yoxlanmaq
üçün insanlar konkret olaraq hara və kimə müraciət
etməli olduqlarını
sadəcə,
bilmirlər. Ölkədə "trombositar kütlə"nin lazım
ehtiyatı yaradılmadığından, belə xəstələrin
həyatı
hər an təhlükə altına
alınmış olur - daha faciənin
buynuzu olmaz ki!..
Belə
bir şəraitdə hemotologiya professorunu öz sahəsindən
uzaqlaşdırıb,
cərrahlara
"rəhbər" təyin etmək məqbul sayıla
bilərmi? Məhz bu baxımdan,
deyirik ki, yeni səhiyyə naziri O.Şirəliyev
də keçmiş nazir Ə.İnsanovun məzmunsuz "kadr
rotasiyası"
siyasətini daha əcaib
formada davam etdirir. İnanmırsınızsa,
növbəti təyinatları
gözləyin...
Yazı
"Paytaxt Sabahr" qəzetində
dərc olunub |