HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                             

Latest investigations

 

INVESTIGATIONS
...................................

The Number of Women Taken Abroad for Prostitution is Increasing
                                     By Fatime M.
...........................................................
"Worker" Children...
How do They Exploit Their Labor?

                                      By Fatime M.
..........................................................
Trade with Narcotics is Under the Control of Big Interests
                 By Ruhiyye Dashlsalahli
...........................................................
Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan
                          By Rasim Bayramov
...........................................................
Hepatitis Has Spread all Over Azerbaijan
                                      By Mirze Ag
...........................................................
Who is Behind Child Trafficking in “Bakzdrav”?
                                      By Mirze Ag
...........................................................
Russian and US Special Services Arrest International Child Traffickers
                                           Pravda.Ru
...........................................................
Young Women Have no Notion of Sexual Risks that Jobs Abroad Pose
                                 Dmitry Latypov
...........................................................
Trade with Body
              By
Zulphugar Kheyirxabar
...........................................................
Made in Azerbaijan
         
By Zulphugar Kheyirxabar
...........................................................
The Business of Human Trafficking and Involving in Prostitution Lead to Human Organs Transplantation
                               By  F. Memmedli
...........................................................

 

Who is Behind Child Trafficking in “Bakzdrav”?

(Because of financial lack for translation, there is no English version of the text)

"Bakzdrav"da uşaq alverinin təməlini qoyan kimdir?

 

Lalə Kazımova  indi də səhiyyə nazirinin birinci müavini olmaq iddiasına düşüb!

  By Mirze Ag

 

Nazirlər Kabinetindən ən yüksək səviyyədə dəstək alan bu şəxsi Azərbaycanın səhiyyə sisteminə qaytarmazdan əvvəl "Bakzdrav"ın rəisi işlədiyi dövrdə həyata keçirdiyi cinayət əməllərini araşdırmaq lazımdır.

 
Əminik ki, Bakı camaatı "Bakzdrav"ın keçmiş rəisi Lalə Kazımovanı hələ unutmayıb. Bu əminlik ciddi və yetərli əsaslara söykənir. Belə ki, o, Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi işlədiyi müddət ərzində raytaxtın səhiyyə sitstemində olduqca yaramaz, o qədər də ictimai-təhlükəli "praktika"nın əsasını qoymaqla, silinməz-itməz izlər buraxıb!

2002-ci ilin mayında vəzifəsindən kənarlaşdırılan Lalə Kazımovanın hazırda Azərbaycan Respublikası Qızıl Ayrara Cəmiyyətinin sədr müavini "maaşını aldığı" bildirilir. Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, Lalə Kazıomva yeni vəzifə eşqinə düşüb. Belə ki, o, hazırda çalışdığı qurumun sədri vəzifəsini və səhiyyə nazirinin birinci müavini rostunu gözaltı edib, həm də xeyli iddialı və israrlı "namizəd" təəssüratı formalaşdırmaqdan çəkinmir! Bəs, bunca "şıltaqlıq" hansı əminlikdən şərtlənir? Bu, çox ciddi məsələdir və ümumiyyətlə, Lalə Kazımovanın ölkənin dövlət səhiyyə sistemində "amil"ə çevrilməsi həmincə əminliyin mənbəyi sayəsində mümkün olub. Həmin mənbə Azərbaycan hökumətinin ən yüksək səlahiyyət sahiblərindən biridir və Lalə Kazımova kimi yarıtmaz bir kadra "yaşıl işıq" yandıran da odur! Amma gəlin, tələsməyək...

 

İki təməl - birinci əməl...

 

Lalə Kazımovanın "Bakzdrav"ın rəisi olduğu dövrdəki fəaliyyətindən danışarkən, iki mühüm istiqamət üzrə onun kriminal çalışmalarını və bu çalışmaların ictimai-təhlükəli nəticələrini diqqətdən qaçırmaq olmaz. Onlardan biri "uşaq alveri", digər isə "Ailə planlaşdırılması" rroqramı çərçivəsində təməli Lalə Kazımova tərəfindən qoyulmuş kriminal "rraktika"dır!

Araşdırmalar göbstərir ki, Azərbaycanın dövlət səhiyyə sistemində "uşaq alveri" kimi rüsvayçı bir çalışma məhz Lalə Kazımovanın Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi olduğu dövrdə vüsət alıb və məhz onun "xatirinə" qanuni məcraya yönldilərək, leqallaşdırılıb - hökumətdəki "qüdrətli mənbə"yin sayəsində! "Uşaq alveri" barədə ötən illər ərzində çox yazılıq, danışılıb. Odur ki, bu məqalədə tərkardan qaçaraq, sözügedən "kriminal praktika"nın təşkilati-hüquqi məqamlarına diqqət yönəltmək istərdik.

Araşdırmalar göstərir ki, 1997-ci ilin sonuna qədər ölkədə qeyri-leqal qaydada həyata keçirilmiş "uşaq alveri" (ölkənin doğum evləri və xəstəxanaların doğum şöbələrində, körpə uşaq evlərində rəsmi qeydiyyatdan yayındırılan uşaqların əcnəbilərə böyük məbləğdə xarici valyutaya satılması və gizli yollarla ölkədən çıxarılması) 1998-ci ilin əvvəlindən başlayaraq, "əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilmə" adı altında qanuni məcraya yönəldilməyə başlanıb. Noyabrın əvvəllərindən başlayaraq araşdırdığımız "Kimsəsiz uşaqların taleyi kimlərin əlindədir?" başlıqlı silsilə məqalələrdə bu məqama toxunaraq, yazmışdıq ki, hökumət səviyyəsində tələm-tələsik start verilmiş bu çalışmanın gerçək səbəbini ər-arvad İsrail vətəndaşlarının bir körrə uşağı ölkədən çıxarmağa cəhd edərkən, Binə hava limanında saxlanması (oğurluq "biznes"in faş olması) ilə izah etmişdik. Məsələn, 27 yanvar 1997-ci  il tarixdə İsrail vətəndaşları Binə aerorortunda saxlanılıb, 4 fevral 1997-ci il tarixdə dövlət başçısı "Azərbaycan Respublikasının Nigah və Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" AR Qanununu təsdiq edib. Heç təsadüfi deyil ki, məhz həmin dəyişikliklə sözügedən Qanunun 220-ci maddəsində "Azərbaycan Respublikasının vətəndaşları olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşaqların övladlığa götülülməsi, Azərbaycan Respublikasında xarici vətəndaşlar tərəfindən uşaqların övladlığa götürülməsi və xarici vətəndaş olan uşaqların övladlığa götürülməsi" barədə müddəalar qüvvəyə mindirilib. Bundan 22 gün sonra isə "Azərbaycan Respublikası Nigah və Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb ki, bu sənədlə də Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məsələləri Komissiyasının yaradılması nəzərdə tutulub. "Kimsəsiz uşaqların taleyi kimlərin əlindədir?" başlıqlı məqalədə yazmışdıq ki, valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot qaydalarını, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot qaydasını və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot qaydasını 20 sentyabr 2000-ci il tarixli (172 saylı) Qərarla təsdiqləyən Nazirlər Kabineti, "naməlum səbəb"dən görünməmiş orreativlik nümayiş etdirərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məsələləri Komissiyasmının Əsasnaməsini əlüstü - 3 dekabr 1997-ci il tarixdə (134 saylı Qərar) təsdiqləyib. Məqamı çatdığı üçün deməliyik ki, Nazirlər Kabinetində lövbər salmış "qüdrətli əl" bütün bunları məhz Lalə Kazımova üçün "yaradıb"! O da şübhəsizdir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsində "uşaq alveri"nin bünövrəsini qoymuş Lalə Kazımova 2002-ci ildə vəzifəsindən kənarlaşdırılsa da məhz həmincə "qüdrətli əl"in (hesab edirik ki, sahə üzrə az-çox bilgisi olan hər kəs onun kimliyini bilməmiş deyil - sadəcə, "məhkəmə rersrektivi"dən dolayı, adını açıqlamırıq) sayəsində hər cür məsuliyyətdən yayına bilib!

"Kimsəsiz uşaqların taleyi kimlərin əlindədir?" məqaləsində yazmışdıq ki, Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərən müəssisələrdə uşaqların rəsmi qeydiyyatdan yayındırılması və əcnəbilərə "övladlığa verilməsi" kimi yaramaz çalışmanın "Bakzdrav"ın rəis müavini Fəridə Qasımova tərəfindən koordinasiya edildiyini yazmışdıq. Bir daha bildiririk ki, Fəridə Qasısmovanı idarəyə - rəis müavini rostuna məhz Lalə Kazımova gətirib!

 

İki təməl - ikinci əməl...

 

İkincisi də ki, "Ailə planlaşdırılması", amma mahiyyəti heç kəsə bəlli olmayan çalışmadır ki, uzun müddət Lalə Kazımova BMT Əlahi Fondu tərəfindən ölkəmizdə həyata keçirilən bu yaramaz çalışmanın koordinatoru olub. Bəs, bu çalışma cəmiyyətimizdə hansı izlər buraxıb? Bu mövzuda ayrıca məqalə hazırlamaq fikrimiz olduğundan, burada yalnız onları sıralamaqla kifayətlənəcəyik ki, Azərbaycanda bu fəaliyyətə 1994-cü ildən başlanıb və fəalkətli nəticələrə səbəb olub. Əvvəla, beynəlxaq donorlar tərəfindən Azərbaycana ayıran pullar talan edilib. İkincisi, abortun stimullaşdırılması ilə bir tərəfdən, ölkəmizdə əhalinin təbii artımı əhəmiyyətli dərəcədə önlənib, digər tərəfdən isə abortların və kontrasertivlərin tətbiqi nəticəsində reproduktiv yaşda olan qadınlarımızın bir çoxu sonsuzluğa düçar olub! Hələ, son illər müxtəlif ciddi ratalogiyalarla doğulan uşaqların sayının artmasını demirik. Bir neçə il bundan əvvəl Lalə Kazımovanın "Ailə planlaşdırılması" çalışmasını Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Tibb Komissiyasının sədri Tamilla Kərimova "Zerkalo" qəzetinə verdiyi müsahibədə yığcam şəkildə belə səciyyələndirmişdi: "Denqi uşedşie v prezervativı".

Odur ki, Lalə Kazımovanı nəinki dövlət səhiyyə sisteminə qaytarmaq olmaz, əksinə, onun sözügedən dövrdə həyata keçirmiş olduğu cinayət əməllərini araşdırmaq və hüquqi qiymət vermək gərəkdir!

 

Yazı "Paytaxt Sabahr" qəzetində dərc olunub
  Yanvar 2006

 

 

 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us