HOME   MEDIA   RESEARCH   CAUCASUS   ABOUT US                                             

Latest investigations

 

INVESTIGATIONS
...................................

The Number of Women Taken Abroad for Prostitution is Increasing
                                     By Fatime M.
...........................................................
"Worker" Children...
How do They Exploit Their Labor?

                                      By Fatime M.
..........................................................
Trade with Narcotics is Under the Control of Big Interests
                 By Ruhiyye Dashlsalahli
...........................................................
Number of Thalassemic Patients is Increasing Day by Day in Azerbaijan
                          By Rasim Bayramov
...........................................................
Hepatitis Has Spread all Over Azerbaijan
                                      By Mirze Ag
...........................................................
Who is Behind Child Trafficking in “Bakzdrav”?
                                      By Mirze Ag
...........................................................
Russian and US Special Services Arrest International Child Traffickers
                                           Pravda.Ru
...........................................................
Young Women Have no Notion of Sexual Risks that Jobs Abroad Pose
                                 Dmitry Latypov
...........................................................
Trade with Body
              By
Zulphugar Kheyirxabar
...........................................................
Made in Azerbaijan
         
By Zulphugar Kheyirxabar
...........................................................
The Business of Human Trafficking and Involving in Prostitution Lead to Human Organs Transplantation
                               By  F. Memmedli
...........................................................

 


Trade with Body
 

(Because of financial lack for translation, there is no English version of the text)


CAN BAZARI


By Zulphugar Kheyirxabar
 

Qalın üst geyimlərimizi qardiroba təhvil verdikdən sonra, 2001-ci ilin yayında baş vermiş qətl hadisəsindən sonra uzun müddət bağlı qalmış «Bədo» restoranının alaqaranlıq, geniş zalında dörd nəfərlik stolda yerimizi rahatladıqdıq. Ofisantın «nə siariş verəcəksiniz» sualına, «müştəri» gözü ilə restoranın birinci və ikinci stollarını zəbt etmiş qızları süzməklə cavab verdik. Ofisantın qızların stoluna yaxınlaşıb qayıtması bir dəqiqə də çəkmədi. «Xoşunuz gələni seçib işarə edin, özləri yaxınlaşacaqlar», deyib uzaqlaşdı. 

Restoranda nə az-nə çox 18 nəfər qız vardı və onların hamısının gözü ofisantın işarəsilə bizim stola zillənmişdi. Cizgilərindən asiyalını xatırladan qızın him-cimdən sonra bizə yaxınlaşması ilə qonşu stolda əyləşmiş fotoqrafmızın kamerasının işə düşməsi eyni vaxta təsadüf etdi (Təəssüflər olsun ki, otaqda işıqlandırma sistemləri çəkilişin uğurlu olmasına imkan vermədi). Özbəkistanın Daşkənd şəhərindən olduğunu deyən qızın sözlərinə görə, üç ildir Bakıya gəlib və artıq bir ildən çoxdur ki, bu restoranda çalışır. Bir saatlıq xidmət üçün bu qız hər müştəridən 30 yeni Azərbaycan manatı (150 min manat) qızanır və qazancının 30 faizini (50 min manat) restoranın hesabına köçürür.  Gecəlik xidmət üçünsə müştərilər 40 manat (200 000) qızlara, 16 (80 000) manat isə restorana otaq haqqı ödəməli olurlar. Eyni zamanda tədqiqat zamanı o da məlum oldu ki, əslində, təxminən 200 nəfərlik bu obyekt restoran kimi deyil, «Nikişin-36» adı ilə kiçik bir kafe olaraq vergi ödəyicisidir.

Bakıda belə restoranlar və MDB ölkələrindən azərbaycana fahişəlik məqsədilə gələn, bəlkə də gətirələn qızlar yüzlərlədir. Ötən həfətə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi nəzdində «İnsan Alverinə Qarşı Mübarizə İdarəsi»nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt yolundakı kafelərdən 11 nəfər özbək qızının fahişəliklə məşğul olduğunun aşkarlanması da bunu sübut edir.

 «Qurbanın qoyun olsun»

 Doğrudur, bunların insan alveri qurbanı olub, olmadığı hələ müəyyən olunmayıb. Ümumiyyətlə qurdanların müəyyən olunması prosesi bütün dünyada bir sıra çətinliklər törədir. Amma qəbul olunmuş bir sıra beynəlxalq konvensiyalara əsasən, əgər fahişəliklə məşğul olan hər hansı bir qadın öz gəlirindən başqasına faiz verirsə, onu qurban hesab etmək olar. Və yaxud da əməyin müxtəlif növü ilə məşğul olan insanlar çəkdiyi zəhmətin müqabilində az əmək haqqı alırlarsa, onlar da insan alverinin qurbanları sayılırlar.  Amerika Dövlət Departamentinin insan ticarətinə qarşı mübarizə ofisinin əməkdaşı Cennifer Donellinin qənaətinə görə, ümumiyyətlə qurbanların müəyyən olunmasının özü çətin prosesdir. İnsan alverində təyinat ölkəsi olan Birləşmiş Ştatların özü də bu problemlərlə üzləşir. Amma 18 yaşından aşağı hər bir kəs qurban hesab oluna bilər. Çünki onların könüllü şəkildə fahişəliklə məşğul olması o qədər də inandırıcı görünmür. Bundan əlavə qurbanlar adətən özləri haqqnında məlumat verməyə çəkinirlər. Amma profsional müsahibə zamanı həss suallar var ki, onların cavabından qarşındakının qurban olub olmadığını müəyyən etmək mümkündür.

Əslində bu hazırda bütün dünyanı narahat edən «insan ticarəti» termini ilə leksikonumuza dixil olumuş quldarlığın müasir forması, bəlkə də qloballaşmanını görünməyən tərəfidir. Bu gün nəinki Azərbaycan, dünyanın inkişaf etmiş nəhəng dövlətləri də bundan əziyyət çəkir və qarşısının alınması üçün xərclənən milyardlarla vəsaitlər probllemin gündən-günə çiçəklənməsi fonunda havaya sovrulmsuş kimi görünür. Hər il yüzlərlə qadın kişi və uşaq insan alverçiləri tərəfindən ölkədən-ölkəyə keçirilməklə qul kimi alınıb satılır. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, ildə 600-800 min adam insan alverinin qurbanına çevrilir. Onlardan 17 min nəfəri Amerikanın payına düşür. ATƏT-in Rusiya təmsilçisi Xelqa Konradın Rusiya İnfarmasiya Agentliyinə verdiyi açıqlamasına görə, hər il 20-50 min arası insan Rusyadan Qərb ölkələrinə aparılaraq insan alverinin qurbanı olur. Onların 60 faizini qadın, 40 faizini isə kişilər təşkil edir. Azərbaycanda isə qurbanların sayının müəyyən olunması istiqamətində hələ ciddi tətqiqatlar aparılmayıb. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Əhməd Şirinov hesab edir ki, Azərbaycanda qurbanların sayını müəyyən etmək o qədər də asan qeyil. Bunun üçün ciddi bir tədqiqatın keçirilməsinə ehtiyac var. Əgər belə bir tədqiqat keçirilsəydi Azərbaycanda problemin miqyasını da müəyyənləşdirib ona qarşı mübvarizəni qurmaq daha asan olardı. Amma «Təmiz Dünya» İctimai Birliyinin hesablamalırına görə, Azərbaycanda insan alveri qurbanlarının  sayı təxminən 10 min nəfər təşkil edir. Qeyd edək ki, bu hesablamalar  yalnız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılan qadın və kişilərin sayı əsasında aparılıb. Bura Qərb ölkələrinə, Rusiya, Hindistan, Pakistan və  başqa ölkələrə aparılan qurbanların sayı da əlavə olunsa, bu rəqəm 12-15 min arası dəyişə bilər.

            Azərbaycan Daxili İşlər Nazirdliyinin «HESABAT» jurnalına verdiyi xüsusi arayışa əsasən təkcə 2004-2005-ci ildə respublika üzrə insan alveri ilə bağlı 275 cinayət faktı aşkarlanıb. Onlardan 259 nəfər cinayət məsuliyyətə cəlb edilib. 469 nəfər insan alverinin qurbanı isə müəyyən presedurlardan keçdikdən sonra öz evlərinə qaytarılıb. Amma hegemon dövlətlər hensab edirlər ki, problemin miqyası fonunda bunlar çox azdır. Bəlkə də elə buna görədir ki, Amerika Dövlət Departamentinin insan ticarətinə dair 2005-ci ildə yayıdığı hesabatında Azərbaycan xüsusi diqqət siyahısında (minimum standartları yerinə yetirməyə cəhd edən, amma yetirə bilməyən ölkələr)  yer alıb. Hesabatda  Azərbaycanın qadın və uşaq alverində tranzit ölkə kimi istifadə edildiyi göstərilir. Sənəddə qeyd olunur ki, Azərbaycan, rus, ukrayna və Mərkəzi Asiyalı qadın və qızlar Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, Pakistana və Hindistana göndərilir. Bu ölkədə qadın və qızların daxili ticarəti artmaqda olan problemdir. Azərbaycan hökuməti bu ticarətin aradan qaldırılması üçün əhəmiyyətli cəhdlər etsə də, minimal standartları tamamilə yerinə yetirə bilmir. Hökumət 2004-2005-ci illər ərzində insan ticarəti ilə mübarizənin artmasına dair dəlillər göstərə bilmədiyinə görə ardıcıl olaraq iki ildir xüsusi diqqət siyahısında yer alır.

Sənəddə insan ticarəti ilə mübaprizə üçün xüsusi polis dəstələrinin yaradılması, milli koordinatorun təyin edilməsi, bu istiqamətdə istintaq materilallarının çoxalması, qanunvericilikdə dəyişikliyin edilməsi, müsbət hal kimi qiymətləndirilsə də, bunların nəzərdə tutulan müddət ərzində edilmədiyi vurğulanıb.

Yeri gəlmişkən Amerika prezidenti Corc Buş insan ticarəti ilə mübarizəyə dair ötən həfətə yeni qanun imzalayıb. Bununla Birləşmiş Ştatlar quldarlığın bu müasir formasına qarşı mübarizəni dayandırmadığını və buna qarşı barışmaz olduğunu bir daha bəyan edib. Qanun insan ticarətini aradan qaldırmağı, cinayətkarların cəzalandırılmasını, zərərçəkənlərin reablitasiyasını əhatə edir. Eyni zamanda yeni qanun ABŞ daxilində və xaricində insan ticarəti ilə mübarizə proqramlarının maliyyələşdirilməsini genişləndirir.

Tədqiqatlara görə, adətən insan alveri münaqişə zonalarında, iqtisadi cəhətddən zəif və keçid dövrünü yaşayan ölklərdə inkişaf edir. Belə ölkələrdə qadın və qızları tora salmaq daha asan olur.  Və burada hərbçilərin iştirakı da istisna olunmur. Belə ölkələrdə hərbçilər adətən potensial müştəri qismində çıxış edirlər. Ona göbrə də yeni qanun sülhməramlıların yerləşdiyi ölkələrdə onların insan ticarəti ilə hər hansı bir bağlılığının olub olmadığını araşdırmaq imkan verir.  Federal tədqiqatlar bürosuna həm ölkə daxilində, həmdə ölkə xaricində beynəlxalq insan ticarəti ilə mübarizədə yeni imkanlar yaradır. Qanunun imzalanma mərasimində Amerika preziedntinin «vicdanımız və qürurumuz bu qəddar parktikaya son qoymağı bizə əmr edir» deməsi də Birləşmiş Ştatların bu mövzuda nə qədər ciddi olmasının göstəricisidir. Ekspertlər hesab edirlər ki, əgər Azərbaycan hökuməti qısa müddət ərzində insan ticarəti ilə bağlı minimum standartları yerinə yetirməsə ciddi sanksiyalarla üzləşə bilər.

Dövlət Departameninin əməkdaşı isə Azərbaycan hökumətinin hələ mart ayına qədər vaxtı olduğunu söyləyir. Mart ayında Dövlət Departamentinin 2006-ci ilə dair insan ticarəti ilə bağlı növbəti hesabı hazırlanacaq. Əgər bu müddət ərzində bir sıra parktiki addımlar atılarsa, Azərbaycanın xüsusi diqqət siyahısından çıxma ehtimalı böyükdür. Əks təqdirdə rəsmi Bakı siyassi sanksiyalarla üzləşə bilər.

Yerli ekspertlərin qənaətinə görə, növbəti hesabatda Azərbaycan xüsusi diqqət siyahısından çaxacaq. «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycan hökmətinin bu problemlə bağlı ciddi dəyişiklik etmək istəyi olmasaydı, mart ayında sankisiyalarla üzləşə bilirdi. Amma hökumət bu problemdən yaxa qurtarmaq istəyir, sadəcə olaraq minimum standartların yerinə yetirilməsi obyektiv və subyektiv səbəblərdən ləngiyib. M.Zeynalovaya görə, burada beynəlxalq təşkilatlar da müəyyən mənada məsuliyyət daşıyır. Əgər beynlxalq təşkilatlar maliyyə dəsətfyini ləngidirlərsə, burada hökumətin günahı yoxdur.

Zeynalova hesab edir ki, Azərbaycan hökuməti məhkəmə və prokrorluq sahələrində müəyyən praktiki tədbirlərə əl atmalıdır. Çünki insan ticarəti ilə bağlı istintaq və məhkəmə araşdırmalarında müəyyən ləngimələr müşahidə olunur. Məsələn, Dubaya qadın aparan Yeganə adlı Azərbaycan vətəndaşının iki ilə yaxındır Respublika Prokurorluğunda davam edən istintaqının hələ yekunlaşmayıb. Həmin qadın sərbəst şəkildə öz fəaliyyətini davam etdirsə də, hələ də istintaqa cəlb edilməyib.

Qeyd edək ki, bir sıra ölkələrdə adətən hüquq-mühafizə orqanı əməkdaşlarının insan ticarəti ilə əlaqəsi olduğu tartıq sübut edilib. Türkiyədə, Gürcüstanda onlarla prolis işçisi insan alveri ilə məşğul olduğuna görə işdən uzaqlaşdırılıb və ya məsuliyyətə cəlb edilib. Sosial Elmələr İnstitutunun direktoru Georgi Qlontinin açıqlamasına görə, Gürcüstanda insan alverçilərinin öz qurbanlarını saxta pasportlarla ölkədən çıxardıqları haqınında bir neçə faktın üstü açılıb. Hətta elə olub ki, bir pasportla müxtəlif vaxtlarda sadəcə şəkil dəyişdirməklə 20 nəfəri qeyri-qanuni xaricə aparıblar. Gürcüstanın Ədliyyə Nazirliyi belə faktların mövcüuluğunu istisna etməyib. Nazirliyin yerli və xarici mediaya verdiyi açıqlamada milli pasportun standartlara uyğun olmadığı, ona görə də onun saxtalaşdırılmasının asan olduğu təsdiq edilib. Bu səbəbdən Gürcüstan hökuməti bu ildən etibarən yeni, beynəlxalq standartlara uyğun pasportların paylanılmasını qarşıya məqsəd qoyub.

Ötən il Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin rəisi Hacı Məmmədov və onun dəstəsinin adam oğurluğuna görə həbs edilməsi Azərbaycan da öz tutduğu vəzifəsindən sui-istifadə edən polis məmurlarından xali olmadığını söyləməyə əsas verir. Amma nədənsə, adam oğurluğu insan ticarəti  hesab olunmur. Halbuki bu cinayət növünün motivində də məhz insan faktoru dayanır. Sadəcə olaraq, bu cinayət növndə oğrulanmış insan öz sahibinə satılır. Bəzən isə işgəncələrə məruz qalaraq öldürülür. Yenə də adam oğruluğ ilə irnsan alveri bir-birinə çox bənzər, hər ikisi də insanlar üzərində qurulmuş qeyri-qanuni ticarət növüdür.

Azərbaycanda polis əməkdaşlarının insan alverində əli olması sübut olunmasa da, fakt olaraq ötən ilin noyabrında Mingəçevir şəhərində aşkarlanıb. Məsələn, hələ ötən ilin noyabr ayında Mingəçenvir şəhərində 5 nəfər polis əməkdaşı insan alverində suçlu bilinərək mütəhhimlər kürsüsündə əyləşdirilsə də, hələ də proses yekunlaşmayıb. «Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyevin açıqlamasına görə, hər dəfə məhəkəmə prosesi müztəlif səbəbələrdən qeyri-müəyyən faxta təxirə salınır. Mehriban Zeynalovanın fikrincə, ola bilər ki, bu işdə daha yüksək rütbəli məmurların əli var. Ona görə də işin ucunun onlara gəlib çıxmasından ehityat edərək müxtəlif vasitələrlə məhəkmə prosesinin baş tutmasına mane olurlar. 

«Təmiz Dünya»nın uzun zaman aparan tədqiqatlarına görə, son zamanlar Azərbaycanda insan ticarəti nə azalır, nə də çoxalır. Düz xətt üzrə davam edir. Sadəcə, insan alveri ilə bağlı qanunun qəbul edilməsi adam alverçilərinin ehtiyatlanmasına gətirib çıxarıb. Əvvəlki illərə nisbətən indi işlərini ehtiyatla tuturlar. Əgər 5 il öncə istənilən adam bu işlə məşğul ola bilirdisə, indi peşəkarlar məşğul olur. Kimlər, şəbəkə qura bilir, bu sahədə təcrübəsi var, onların işi xod gedir. «Vaxtilə insan alveri ilə məşğbul olmuş şəxslərdən biri ötən ilin yayında mənə dedi ki, bizə  bu məsələyə ciddi nəzarət olunduğunu, ona görə də ehtiyatlı olmaq barədə xəbərdarlıq ediblər». Təşkilatın tədqiqatlarıncan o da məlum olur ki, son zamanlar insan alveri marşrutunda da müəyyən dəyişiklik müşahidə olunur. Bir neçə il öncə, azərbaycanlı qadınları Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə aparlırdısa, indi bu siyahşıya Avropa ölkələri və Amerika da daxil edilib. Eyni zaman da Azərbaycana gətirilən qadınların sayı da artıb. İndi Özbəkistan, Gürcüstan, Qırğızıstandan, Moldovadan və başqa MDB ölkələri azərbaycanlı insan tüccərları üçün mənbə ölkələr sırasındadır.

BMqT-nin Bakı ofsinin araşdırmalarına görə, Azərbaycan əvvəllər insan ticarətində mənbə və taranzit ölkə kimi istifadə olunrdusa, hazırda tyinat ölkəsinə çevrilməyə başlayır. Bu da digər MDB ölkələrinə nisbətən Azərbaycandakı iqtisadi inkişafla bilavasitə bağlıdır. İqtisadi inkişaf olan yerdə təbii ki, müəyyən xidmətlərə təlabat da artır.

Ümumiyyətlə beynəlxalq təcrübəyə görə, insan alveri ilə mübarizədə üç əsas prinsip mövcuddur: 

1.         Qarşısının alınması, (təbliğat və maarifləndirmə)

2.         Cinayətkarların məsuliyyətə cəlb olunması

3.         Müdafənin təyin edilmsi (qurbanların sığınacaqlarda yerləşdirilməsi).

Əhməd Şirinovun müşahidələrinə görə, Azərbaycanda son zamanlar ancaq üçüncü istiqamətdə nailiyyətlər əldə olunub.

            Daxili İşlər Nazirliyi isə insan alveri ilə bğalı bir sıra naliyyətlər əldə olundluğunu iddia edir. Nazirliyin açıqlamasında göstərilir ki, faktiki olaraq insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazası yaradılıb və beynəlxalq qanunvericiliyiə uyğunlaşdırılıb. İnsan alveri ilə mübarizənin səmərəliliyini artırmaq məqsədilə idarə əməkdaşları bir sıra ölkənin təcrübələri ilə tanış olub, beynəlxalq seminarlarda iştirak edib. Əhalinin maarifləndirilməsi istiqamətində yerli QHT-lərlə və hökumət qurumları ilə birlikdə bakı şəhərində və regionlarda seminarlar keçirilib. İnsan alveri qurbanlarının və ehtimal olunan qurbanların, həmçinin şahidlərin təhlükəsizliyinin təmin edilməsi, onlara psixoloji, tibbi və hüquqi yardımların göstərilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakıda üç mərtəbəli inzibati bina ayrılıb. Həmin binada təmir-tikinti işlərinin qısa müddətdə başa çatması üçün lazımı vəsaitin ayrılması ATƏT-in Bakı ofisi ilə razılaşdırılsa da, vəd olunan maliyyə hələ də ödənilməyib. Bu hal sığınacağın vaxtında istifadəyə verilməsinə mənfi təsir etsə də, tikinti işləri nazirliyin öz daxili imkanları hesabına davam etdirilir. İdarə əməkdaşları insan alverinə qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları ilə məkdaşlıq edir və gələcəkdə də bu əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Əhməd Şirinov hesab edir ki, insan alveri ilə mübarizənin bir sıra çətinlikləri var ki, o da adam alverçilərinin maddi vəziyyətidir. İnsan alveri dünyada silah və narkotik alverindən sonra üçüncü yeri tutur. ABŞ Ədliyyə Nazirliyinin hesablamalarına görə, dünyanı siləkələyən bu cinayət növündən ildə 10 milyard dollar gəlir götürülür.

 Qurbanlıq adamlar

 Bu gəlirin mənbəyi isə insanlardır. Yerli, və beynəlxalq tədqiqatlar göstərir ki, qadınlar, uşaqlar və kişilər bütün dünyada beynəlxalq fahişəliyə və məcburi əmək şəraitində işləmək üçün qanunsuz olaraq xarici ölkələrə aparılırlar. Adətən qadınlar satıcı, qulluqçu, dərzi, dayə və ya ofisant işləmək vədi ilə yoldan çıxarılırlır, gəldikləri ölkələrdə isə fahişəliyə məcbur edilirlər. Qurbanların sənədləri sərhəddə əllərindən alınır, onlar külli miqdarda borc ödəməyə məcbur edilirlər. Qurbanlar zorakılıqdan qurtarmağı və hara müraciət edəcəklərini bilmirlər. Onlar həbsə alınmaqdan və deportasiya olunmaqdan qorxurlar. Çünki əksəriyyətinin sənədləri saxta olur. Belə vəziyyətdə onlar hakimiyyət orqanlarından uzaq olmağa çalışlar. İnsan alverçiləri adətən öz qurbanlarını onların öz ölkələri daxilində doğma yerlərindən uzaqlaşdırır və ya qurbanların çox vaxt ayrı düşdüyü, dilini bilmədiyi və mədəniyyəti ilə tanış olmadığı xarici ölkələrə aparırlar. Ən önəmlisi isə, qurbanlar öz ailə və dostlarının onlara verdiyi dəstəkdən məhrum olur və bu onları insan alverçilərinin tələb və hədələrinə daha tez razılaşmağa vadar edir.

 Adam alverçiləri

 İnsan alverçiləri gəlirləri naminə qurbanlarını köləliyə oxşar bir şəraitdə bədənlərini satmağa və məcburi surətdə işləməyə məcbur etmək üçün hədələrdən, aldatma və zorakılıqdan istifadə edirlər. Onlar müstəqil şəkildə işləyə və ya mütəşəkkil cinayətkar şəbəkənin üzvləri də ola bilərlər. Amerika insan ticarətinə qarşı mübarizə idarəsinin tədqiqatlarına görə, insan alverçiləri çox zaman öz qurbanlarını böyük şəhərlərdə yüksək maaşlı yaxşı işlər təklif etməklə, yaxud saxta səyahət, moda və ya vasitəçi firmalardan istifadə edərək yerli qəzetlərdə reklamlar vermək yolu ilə tapırlar. İnsan alverçiləri yeni yaşayış yerində uşaqlarının daha təhlükəsiz olacağı və daha yaxşı qayğı göstəriləcəyi barədə valideynləri inandıra bilən bir ailə dostu və ya cəmiyyətdə tanınmış şəxs də ola bilər. Qurbanları isə adətən daha yaxşı yaşamaq həvəsində olan kasıblaşmış və sadəlövh insanlar olur. Münaqişə və keçmiş münaqişə zonları, həmçinin keçid dövrünü yaşayan ölkələr, bu cür ölkələrin təbii ehtiyatlarının, o cüimlədən onun insanlarının istismar olunmasında marağı olan qüvvələr üçün asan hədəfdir. Gözlənilməz siyasi dəyişikliklər, iqtisadi tənəzzül, mülki iğtişaşlar, daxili siyasi münaqişələr və təbii fəlakətlər ölkənin insan alveri qürbanlarının mənbəyinə çevrilməsi ehtimalını artırır. Çünki doğma yerlərindən didərgin düşmüş əhali istismar olunmaq, aldadılmaq və xarici ölkələrə apramaq üçün asanlıqla yoldan çıxarıla bilər.

            Ailə qydaları şəbəkəsinin itirilməsi insan alverinin qurbanı olan şəxsin insan alverçilərinin tələb və hədələrinə daha həssaaslıqla yanaşmasına sbəbə olur və cəmiyyətin parçalanmasına təkan verir. İnsan alveri ailə və icmalarla əlaqədar valideynlərin nüfuzunu zəiflədir, ailə münasibətlərinin genişlənməsinə yol vermir. Ailə tərbiyəsinin və uşaqların əxlaqi inkişafını pozur.  İnsanların qanunsuz olaraq xaricə ölkələrə aparılması bilik və mədəni dəyərlərin valideynlərdən uşağa və nəsildən-nəsilə ötürülməsinin qarşısını alır. Doğma yerlərinə qayıdan insan alveri qurbanlarının cinayət əməllərinə cəlb olunması ehtimalı artır. Bundan başqa Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, insan alveri ölkələrin əmək bazarlarına mənfi təsir göstərir, inkişaf etməkdə olan ölkələrin əmək ehtiyatlarını zəiflədir. İnsan alverinin uzun müddətli təsirləri bütün fəhlələrin əmək haqlarının azalmasını, sayı artan qocaların qayğısını çəkməli olan şəxslərin sayının aşağı düşməsini, kişilərlə qadınların sayına nisbətdə olan sosial bərabərsizliyi, nəslin savadsızlığını əhatə edir. Uşaqların erkən yaşlarında işləməyə məcbur edilməsi və onların gündə 10-18 saat işlədilməsi insan alveri üçün münbit şərait yaradan yoxsulluq və savadsızlıq halqasının qırılmasından ötrü lazım olan təhsil almaq imkanından məhrum edir. Risk altında olan şəxslər öz ölkələrinin əmək bazarlarında rəqabət aparmaq üçün lazım olan mütəxəssisləri əldə edə bilmir, onlar müvəffəqiyyətin ixtisaslı fəhlələrə əsaslandığı dünya iqtisadiyyatında rəqabət aparmaq üçün öz ölkələrinin yaxşı formalaşmamış məhsuldar qüvvələrini tərk edirlər.

İnsan alveri ictimai səhiyyəni də təhlükə altına alır. Beynəlxalq Səhiyyə Təşkilatının hesablamalarına görə, insan alveri kişi qadın və uşaqları qəddarlaşdırır, onları zorlanmağa, işgəncəyə, HİV/AİDS-ə və digər keçici zöhrəvi xəstəliklərə, zorakılığa, təhlükəli iş şəraitinə, zəif qidalanmaya, narkotik maddələrdən və spirtli içkilərdən istifadə etməyə məruz qoyur.  Fahişəlik məqsədləri üçün xarici ölkələrə aparılan yetkin adamlar və uşaqlar, həmçinin küçə uşaqlarının çoxu HİV və AİDS xəstəlikulərinin daşıyıcısına və yayıcısına çevrilirlər. Xaricə aparılan uşaqların peyvənd proqramına cəlb olunma ehtimalı azdır. Bekləliklə onlar uşaqların ilkin xəstəliklərinin ləğv edilməsində hökumətin səylərini heçə endirir. Ailədən ayrılma, zorakılıq, zorlanma və depresiya nəticəsində yaranmış ciddi psixoloji zədə çox zaman cinayət, narkotik maddə və spirtli içkilərdən istifadəyə və cinsi zorakılıqla müşaiyət olunan həyata gətirib çıxarır.

Həyatımızı bunlardan qorumaq isə  öz əlimizdədir. Başqasının namusuna göz dikməki , kimsə də sənin namusuna göz diksin. Əgər kimsə sənə qurban olum deyirsə, qurbanın qoyun olsun de ki, həm bir nəfəri qurbanlıqdan, həm də özünü insan alverçisi kimi məsuliyyətə cəlb edilməkdən xilas etmiş olasan.

 

 

 
 

Copyright © Caucasus Media Investigation Center. 2005
Designed by A.G.O

Home | About Us | Media | Research | Caucasus | News | Contact Us